9 bölgədə fırtına elan edilib: Ağacları, dirəkləri və damları uçuracaq    


Türkiyədə müşahidə edilən hava dəyişkliyin qısa müddət sonra Qafqazda da özünü göstərdiyi məlumdur. Sabahdan etibarən Türkiyənin Azərbaycana yaxın bölgəsi Ərzurumda da küləyin şiddətlənəcəyi və bəzi bölgələrdə fırtına şəklini alacağı bildirilir.   
 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə meteoroloji müdürlüyü  9 bölgə üçün fırtına elan edib. Bildirilir ki, sabahdan başlayaraq  iç Anadolu bölgələrində Konya, Karaman, Aksaray, Niğde, Əskişəhər, Bursa, Kütahya, Biləcik və Ərzirimda fırtına gözlənilir. Bi bölgələrdə küləyin sürəti 50-80 km/saata çatacaq,  güney bölgələrdə küləyin sürəti 70-100 km/saata çatacaq, bzəi yerlərdə fırtınaya dönüşəcək.  Qüvvətli küləyin toz dumanı yaradacağı gözlənilir. Fırtınanın  ağac və dirəkləri devrilməsi, damları uçurması, havanınsa karbonmoniksitlə zəhərlənməsi ehtimalı böyükdür. Meteoroloji əhalini ehtiyatlı olmağa çağırır və bildirir ki, nəqliyyatın hərarətində də problemlər və axsamalar ola bilər, əhali mümkün təhlükələri diqqətə alsın. 
Türkiyədə gözlənilər fırtınanın bizim ölkə ərazisinə keçəcəyi ehtimal edilir.