Peskov Ukrayna ilə münasibətlərdən danışdı: Öncə “müharibə” dedi, sonra...

Ukraynanın Rusiyanın şərq sərhədində hərbi gücünü artırması və Rusiyapərəst separatçıların atəşkəsi pozmağa başladığını bildirməsindən sonra Kremldən açıqlama verilib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Kremlin sözçüsü Dmitri Peskov  artan gərginlik səbəbindən narahatlıqlarını dilə gətirib:
"Ukraynanın bu və ya digər şəkildə edəcəyi təxribat xarakterli hərəkətin müharibəyə səbəb ola biləcəyindən narahat oluruq. Bunu görmək istəmərik".
D. Peskov bu açıqlamadan sonra "müharibə" ifadəsini dəyişib, "daxili müharibəni nəzərdə tuturdum" deyib.
Qeyd edək ki, Donbasın Şumı bölgəsində Rusiyapərəst separatçıların açdığı atəş nəticəsində 26 Martda dörd Ukrayna əsgəri dünyasını dəyişib.