180 il sonra bir ilk! - Çindən sonra Türkiyədə göründü...

Dünyada yalnız 1835-1935 illəri arasında Çində görünən "Achrus albicosta" böcəkləri Türkiyənin Elazığ bölgəsində meydana çıxıb
Fırat Universiteti Biomühəndislik fakültəsinin Üzvü, entomoloq-professor İnanç Özgen rus araşdırmacıları ilə işbirliyi edib. Tədqiqatçılar  Achrus albicosta qrupunun yarpaq böcəyi olduğu qənaətinə gəliblər.
"Sherg.az" "Sabah.com"a istinadən bildirir ki, tədqiqat qısa müddət ərzində beynəlxalq zoologiya jurnalında dərc olunmaq üçün qəbul edilib. Ağrılı bir ağız quruluşuna sahib olan böcək bitkilərin şirəsini əmərək qidalanır. Böcəyin təbiətdəki aydın funksiyasını ortaya qoymaq üçün araşdırmaların təfərrüatlı olmasının vacibliyini söyləyən İ.Özgen qarşıdakı illərdə dəqiq məlumatların ortaya çıxacağını vurğulayıb.