Bakıda Polad Həşimov adına park salınır


Bakıda Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun adına park salınır.

Bu barədə Oxu.Az-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, park rayonun Polad Həşimov küçəsində yerləşəcək.

Bildirilib ki, parkda Polad Həşimovun abidəsi qoyulacaq.

Qeyd edək ki, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib. 

Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.