MN: Hərbi bölmələr təyin edilmiş marşrutlarla hərəkət edir - VİDEO

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlərin niyyətinə uyğun olaraq daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir.