Yerli seçkilərdə MHP-dən İYİ Partiyaya ittifaq çağırışı gəlib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, MHP-nin sədr müavini İsmail Özdemir sosial şəbəkədə mövzu ilə bağlı açıqlamasında bunları deyib:
"Möhtərəm başqanımız 1 avqust 2019-cu il tarixində Twitter-də mesaj dərc edərək keçmişdə MHP-də olub, sonradan İYİ Partiyaya keçən adlara xüsusi çağırış edib. Yenə də liderimiz İYİ-yə yeni çağırış edir və bunu ictimaiyyətlə bölüşürlər”.
MHP sədri Dövlət Baxçalı İYİ Partiyaya etdiyi çağırışında “Çağırış etdik, yuvaya dönmədiniz, ölkənin xeyrinə yerli hakimiyyətdə qonşu olaq” sözləri yer alıb.