Türkiyədə baykot çağırışları edənlər nəzarətə götürüldü

Türkiyədə əhalini iqtisadi baykot çağırışlarına cəlb edənlərlə bağlı araşdırmalara başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul prokurorluğu məlumat yayıb.

Bildirilir ki, iqtisadi boykot çağırışları “Nifrət və Ayrı-seçkilik” və “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayətləri kimi dəyərləndiriləcək.

Prokurorluğun məlumatına görə, baykota çağırış əhalinin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyır.