Onlayn alış-veriş zamanı bunlara diqqət edin!
Yusif Nəzərli
17:56 29.10.2023
Aktual
543
Onlayn alış-veriş zamanı fərdi, eləcə də, bank kartı məlumatlarının ələ keçirilməsi halları ilə tez-tez rastlaşırıq.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Qurum bu kimi hallardan qorunmaq və kiberdələduzların tələsinə düşməmək üçün qaydalara əməl etməyini tövsiyə edib.
Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov “Sherg.az”a onlayn alış-veriş zamanı ilk növbədə hansı platformadan alış-veriş etdiklərinə diqqət etmələrini söyləyib:
""Trendyol", "eBay" kimi sistemlərdə çox güclü təhlükəsizlik sistemi qurulub. Ona görə də bank məlumatları üçüncü şəxslərə verilə bilməz. Ancaq yeni platformalar yaradılır. Bu platformalar olduqca peşəkar səviyyədə qurulur. İnsanın fikirlərini qarışdıra bilir. Bank məlumatlarını ora daxil edir və məhsulu alırlar. Müəyyən vəsaitlər çıxılır və məlumat üçüncü tərəfə ötürülür. İlk növbədə bütün dünyanın əziyyət çəkdiyi alış-veriş şəbəkələrində bütün dünya tərəfindən qəbul edilmiş sistemlərə üstünlük vermək lazımdır. Ölkə daxilində hər hansı şirkətin, mağazanın peşəkarlığına və əlçatanlığına fikir verilməlidir. Yəni, bank məlumatları oğurlandığı zaman şikayət etmək üçün ünvan olsun. Bank kartlarını əldə etdiyiniz banklarda mobil tətbiqi yükləyib təhlükəsizlik parametrlərini bir daha nəzərdən keçirmək lazımdır. Tətbiq əsasən 3d şifrələrinin, sms bildirişlərinin göndərilməsi, istənilən ödənişlər zamanı bildirişlərin gələrək təsdiq olunmasından ibarətdir. Bütün bu parametrlərin hər biri ən yüksək təhlükəsizlik sistemi ilə quraşdırılmalıdır. Belə olduğu zaman risk azalmış olar".
Ekspert bildirib ki, insanlar daha çox sosial şəbəkələr vasitəsi ilə məhsul əldə edirlər:
"Onlardan kart məlumatları, kartın fotosu istənilir. Bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Banklar həm televiziya, həm də onlayn şəbəkələr vasitəsi ilə mütəmadi olaraq məlumat göndərməlidir. Türkiyə, Avropa ölkələrində bu istiqamətdə təcrübə var və kifayət qədər irəliləyiş müşahidə olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp NATO-nu sınağa çəkdi - ŞƏRH
14:36 02.04.2026
Gündəm
Trampın Makron barədə sözləri qalmaqala səbəb oldu
14:33 02.04.2026
Dünya
Zəngəzur dəhlizi 70-90% hazırdır! - Prezident müjdəni verdi
14:07 02.04.2026
Gündəm
Peskov: Rusiya NATO-ya düşmən alyansı kimi yanaşır
13:52 02.04.2026
Dünya
Tramp Rusiyaya da mesaj verdi: ABŞ NATO-dan çıxa bilər
13:39 02.04.2026
Dünya
Paşinyan: Putin bilsəydi, bu barədə danışmazdı
13:32 02.04.2026
Dünya
Baş komandan: Quru əməliyyatı başlasa, bir nəfər də sağ qalmayacaq
13:30 02.04.2026
Gündəm
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
13:03 02.04.2026
Cəmiyyət
Sumqayıtda bir ailədən 5 uşaq dəm qazından zəhərlənib
12:42 02.04.2026
Hadisə
Azərbaycan Prezidenti Cevdet Yılmazı qəbul edib
12:14 02.04.2026
Aktual
Əhməd Ağaoğlu İstanbul Universitetində anıldı
12:03 02.04.2026
Mədəniyyət
Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür
10:55 02.04.2026
Mədəniyyət
PSJ “Real Madrid”in ulduzunu transfer edə bilər
10:45 02.04.2026
Futbol
"NASA" 50 il sonra Aya uçuşları təzələdi
10:37 02.04.2026
Dünya