“Əgər düşmən (ABŞ-ni nəzərdə tutur – red.) quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də sağ qalmamalıdır”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin baş komandanı Əmir Xatəmi deyib.
“Düşmənlərin hərəkət və addımlarını son dərəcə dəqiqliklə, anbaan izləmək və onların üsullarına qarşı planlar həyata keçirmək lazımdır”, - o, hərbi qurumların rəhbərləri ilə görüşündə bildirib.