Parlamentari: Prezident Qarabağı azad etməklə Heydər Əliyevin xilaskarlıq missiyasını uğurla yerinə yetirdi

Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. 

Milli Qurtuluş Günü ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən Milli Məclisin deputatı Tahir Rzayev söyləyib ki, bu bizim unudulmaz tariximizdir: 
“Bu elə bir tarixdir ki, əsirlər boyu Azərbaycan xalqı tərəfindən xatırlanacaq, yad ediləcək. Həmin günlərin qiymətini gələcək nəsillər daha dolğun şəkildə verəcəklər. Çünki söhbət ölüm-dirim məsələsindən, Azərbaycanın parçalanmasından, vətəndaş müharibəsinin qarşısının alınmasından və ölkədəki silahlı qarşıdurmalardan gedir. Belə bie vaxtda ölkədə rəhbərliyə gəlmək və tez bir zamanda Azədbaycanı çətin bəlalardan qurtarmaq sadəcə olaraq Heydər Əliyev kimi şəxsiyyətə xas ola bilərdi. Ulu Öndərimiz 1969-cu il Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadiyyatının yüksəldilməsində, insanların birliyində özünün aydın ifadəsini tapıb və ölkəmiz geridə qalan respubilikadan ittifaqın ən qabaqcıl respublikaya çevrilib. Milli Qurtuluş Günü bizim Zəfərimizin başlanğıcıdır. 15 iyun 1993-cü il və sonrakı dövrdə Ulu Öndərimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının bu günü və gələcəyi üçün təməl oldu. Çünki Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi və beynəlxalq münasibətlər yaxşılaşdı. Eyni zamanda, torpaq və bir sıra islahatlar həyata keçirildi”. 

Parlamentari vurğulayıb ki, ölməz rəhbərin ideyalarını hörmətli Prezidentimiz İlham Əliyev uğurla davam etdirdi:
“Yəni ölkə iqtisadiyyatı daha sürətlə inkişaf etməyə başladı və beynəlxalq aləmdə Azərbaycan böyük nüfuz qazandı. Məhz bunlar bizim qələbəmizə yol açan amillər oldu. Cənab Prezident Qarabağı işğaldan azad etməklə və seperatçıların ayaqlarını həmin ərazilərdən kəsməklə Heydər Əliyevin xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. İşğaldan azad olunan ərazilərdə gedən quruculuq işləri göstərir ki, Azərbaycanın gələcəyi parlaqdır. İlham Əliyev öz çıxışlarında bildirib ki, Qarabağ, Şərqi Zəngəzur torpaqları cənnətə çevriləcək. Qaçqın və köçkünlər öz yurdlarına qayıdacaq. Cənab İlham Əliyevin ən böyük xidməti qələbəyə nail olmaq, əhalini birləşdirmək və ordunu gücləndirmək oldu. Bu 1993-cü ilin qurtuluşundan ruh almaq və həmin illərin parlaq bəhrələrinin nəticələridir. Bu gün Azərbaycan xalqı torpaqlarının azad olmasına görə qürur hissi keçirir”.