
Politoloq: “İstanbul danışıqları İranın sülh mesajıdır”
Yusif Nəzərli
13:12 21.07.2025
Dünya
604
İran Avropanın aparıcı dövlətləri ilə əməkdaşlıq etməklə beynəlxalq aləmə nümaiş etdirmək istəyir ki, uranın zənginləşdirilməsini dinc məqsədlər üçün həyata keçirir
İran və İngiltərə, Fransa, Almaniya üçlüyü arasında nüvə proqramı müzakirələri 25 iyulda İstanbulda baş tutacaq.
Bu barədə İran dövlət televiziyasının yaydığı məlumatda deyilir.
İranın nüvə proqramı beynəlxalq münasibətlər sistemində gərginlik mənbələrindən birinə çevrilib.
Tehran rəhbərliyi nüvə proqramını enerji təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyini bəyan etsə də, Qərb dövlətləri, xüsusilə ABŞ və İsrail bu fəaliyyətləri hərbi məqsədlərlə əlaqələndirərək ciddi narahatlıqlarını ifadə edirlər.
Mövzu ilə bağlə politoloq Azad Məsiyev Sherg.az-a açıqlama verib:

"İran enerji təhlükəsizliyini təmin etmək üçün nüvə zənginləşdirməsini həyata keçirməkdə idi. Nüvənin zənginləşdirilməsini bəhanə edərək ABŞ və İsrail İrana hərbi müdaxilə elədi.
ABŞ və İsrailin məqsədi İranda hakimiyyət dəyişikliyi həyata keçirməkdir. Bu baxımdan uranın zəngiləşdirilməsi bir bəhanədir. Bu problemi aradan qaldırmaq üçün İran xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır. Tehranın məqsədi atom enerjisindən istifadə edərək nüvə silahını əldə etmək deyil.
ABŞ-nin məqsədi İranda rejimi dəyişib özlərinə münasib hakimiyyət qurmaq idi. Bu baxımdan İran dövlətidə xaricdən özünə müdaxilənin qarşısını almaq üçün Avropanın aparıcı dövlətləri ilə əməkdaşlıq etmək, danışıqlar aparmaqla bir daha beynəlxalq aləmə nümaiş etdirmək istəyir ki, uranın zənginləşdirilməsini dinc məqsədlər üçün həyata keçirir.
Danışıqların İstanbulda aparılması təqdirəlayiqdir. Çünki Türkiyə bir çox sahələrdə ev sahibliyi edib. Xüsusəndə Rusiya-Ukrayna münaqişəsinin sülh missiyası üçün ev sahibliyi təşəbbüsünü göstərdi. Bu da uğurla həyata keçirildi. Türkiyədə bir çox sahələrdə sülh naminə danışıqlara ev sahibliyi etmək Ankaranın məqsəd və məramıdır. Bu baxımdan İranda baş verən hadisələr bu və ya digər formada Türkiyəyə də təsir edir".
Ekspert İranda hakimiyyət dəyişikliyinin edilməsinin Türkiyənin maraqlarına uyğun olmadığını deyib:
"Başda ABŞ olmaqla İsrail və Qərb koalisiyası İranda rejim dəyişikliyi etməklə bunu Türkiyə əlehinə də istifadə edə bilər. Türkiyə bu danışıqlara ev sahibliyi etməkdə bir daha xoş niyyətini və sülhün əminamanlığın olmasında marağını nümaiş etdirdi. Bu danışıqların nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.ABŞ-nin və İsrailin İrana müdaxiləsi zamanı İsrailin hava məkanının qorunmasında Böyük Britaniyanın və NATO blokunun da fəal iştirakı oldu. İran öz niyyətini Qərbə nümaiş etdirmək istəyir, uranın zənginləşdirilməsi barədə aparılan danışıqlar da buna nümunədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə