ABŞ Filippinlə ticarət sazişi imzalayıb
20:17 22.07.2025
Dünya
284
ABŞ və Filippin arasında yeni ticarət müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
Trampın sözlərinə görə, Filippin Prezidenti kiçik Ferdinand Markosun Vaşinqtona səfərindən sonra ölkələr arasında "açıq bazar və sıfır tariflər" prinsiplərinə əsaslanan ticarət sazişi bağlanıb.
"Filippin 19% tarif ödəyəcək. Bundan əlavə, biz hərbi sahədə əməkdaşlıq edəcəyik", – deyə Tramp bildirib.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara rüsumlar tətbiq ediləcəyini elan etmişdi. Bu qərara əsasən:
10%-lik universal tariflər aprelin 5-dən,
Fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.
Eyni zamanda bəzi cavab tarifləri 90 gün müddətinə dayandırılıb və bu dövrdə yalnız 10%-lik universal tarif tətbiq olunur.
İyulun 7-də Tramp ticarət sövdələşmələri üçün son tarixi iyulun 9-dan avqustun 1-nə qədər dəyişdirən sərəncam imzalayıb.
İyulun 9-da isə Tramp Filippin prezidentinə məktub göndərərək avqustun 1-dən etibarən əlavə məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.
Yeni müqavilə çərçivəsində tərəflər iqtisadi və hərbi əməkdaşlığı daha da dərinləşdirməyə razılaşıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya