ABŞ və Ukraynanın “B” planı! – “Rusiyanı çıxılmaz hala salmaq...”
Yusif Nəzərli
10:37 01.04.2022
Aktual
1523
Rusiya hazırda fevralın 24-dən Ukraynaya qarşı başlatdığı işğalçı hücumu davam etdirir. Hadisələrin gedişatında son olaraq martın 29-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş baş tutub.Martın 30 -da isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefonla danışığı olub. Bir saat davam edən görüşdə liderlər, gücləndirilmiş yeni sankisiyalar paketindən, makro-maliyyə və humanitar yardım haqqında müzakirələr aparıblar.
Rusiya-Ukrayna cəbhəsində baş verən son hadisələri siyasi şərhçi Turab Rzayev “Sherg.az”a şərh edib:
“İndi hər iki tərəf sülh əldə etməyə çalışır.Rusiyanın qarşısını almaq, ölkəsini dağıntılardan qorumaq, hərbi itkilərin qarşısını almaq üçün Ukraynaya təcili sülh lazımdır. Çünki müharibə Ukrayna ərazisində gedir. Digər tərəfdən Rusiya istədiyini hərbi nəticə ilə əldə edə bilmədiyinə görə sülh vasitəsilə Ukrayna üzərinə bir sıra öhdəliklər qoymaq istəyir. Rəsmi Moskva gördü ki, Rusiyanın əməliyyatları davam etdirməsi üçün heç bir halda resusları, həm texniki, həm də maddi imkanları yoxdur. Hazırda Rusiya və Ukrayna münaqişənin gedişatında əlavə üstünlük qazanmağa çalışır”.
Analitik martın 30 -da Ukrayna və ABŞ liderləri arasında baş tutan telefon görüşməsinə diqqət çəkib:
“Zelenski bir tərəfdən müharibəni dayandırmağa çalışsa da,d igər tərəfdən müharibənin gedişatında da əlavə olaraq ABŞ və NATO-dan mümkün dəstək almağa çalışır. O, aldığı dəstək sayəsində pozitivə köklənib müdafiə qabilliyyətini daha da artırmaq və lazım gəldikdə Rusiyaya qarşı silahlı müqavimət göstərmək istəyir. Digər tərəfdən bu üsulla diplomatik sahədə də güclənməyi düşünür. ABŞ isə Ukraynaya daha çox yardım etməklə Rusiyanı çıxılmaz hala salmaq niyyətindədir. Rəsmi Moskva artıq Ukraynaya nə tam hücum etmək, nə də geri çəkilməklə bağlı qərar verə bilir. Görünən odur ki, Ağ Ev rəhbəri hazırda rəsmi Moskvanın fikrini dəqiqləşdirməyə çalışır. Ona görə liderlərin Rusiyaya qarşı ortaq addım atmaq üçün verdiyi qərarlar gündəmdə bir-birini izləyir. İndi onlar Rusiyanın mövqeyindən asılı olaraq müxtəlif istiqamətdə qərarlar qəbul edə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya