Analitik: Azərbaycan çalışır ki, Ermənistan ləyaqətli şəkildə sülh imzalasın
12:23 07.10.2024
Aktual
527
Əliyev Ermənistan hakimiyyətinin qarşısına tələblərini bir-bir qoyur, hakimiyyət də bunu icra edir.
Bunu erməni türkoloq Varujan Geqamyan deyib. Onun sözlərinə görə, Azərbaycanın tələblərdindən biri Ermənistanın demilitarizasiyasıdır (döyüş əməliyyatlarının aparılmasının qadağan edilməsi).
O bildirib ki, bu tələbin icrası ilə Ermənistan ordusunda xidmət etmiş istənilən şəxs Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilər. Ermənistan hakimiyyəti bu hüquqi Azərbaycana verir. Ermənistan ordusunda xidmət etmiş şəxslər istənilən üçüncü ölkədə Azərbaycanın tələbi ilə Bakıya təhvil verilə bilər. Qarabağda döyüşmüş şəxslər Azərbaycan tərəfindən həbs olunacaqlar. Erməni ekspert hesab edir ki, Ermənistan-Azərbaycan danışıqlarının aparıldığı sənəddə Xocalı soyqırımının rəsmi İrəvan tərəfindən tanınması və günahkarların cəzalandırılması da öz əksini tapır.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Azərbaycan dövləti Ermənistanla ədalətli sülhün bağlanmasının tərəfdarıdır:
“Sülh müqaviləsi bağlanarkən də Ermənistan tərəfinin etiraf etməli olduğu məsələlər var. Həmin məsələlər sırasında Xocalı soyqırımı ön sırada dayanır. Bundan sonra isə soyqırımla bağlı məsuliyyətin Ermənistan tərəfindən üzərinə götürülməsi vacibdir. Bu baxımdan da erməni ekspertlərin dediklərində müəyyən həqiqətlər mövcuddur. Amma ümumilikdə konkret olaraq hansı məsələlərin ortaya qoyulduğunu deyə bilmərik. Çünki sülh müqaviləsi əhatəli bir sənəd olmalıdır. Həmin sənəddə hər şey dəqiqliklə əks olunmalı və tərəflərin hər biri üçün məqbul sayılmalıdır. Azərbaycan ortaq məxrəcə gəlmək üçün qarşı tərəfə təkliflər irəli sürür. Yəni Azərbaycan çalışır ki, Ermənistan ləyaqətli şəkildə sülh imzalasın. Bizim məqsədimiz Ermənistanı və erməniləri alçaltmaq deyil. Digər tərəfdən müharibəni Ermənistan uduzub və onların ödəməli olduğu təzminat məsələsi də var. Buna görə də tərəflər ortaq məxrəcə gəlməlidirlər ki, rəsmi İrəvan Azərbaycana vurduğu ziyana görə təzminat ödəsin. Eyni zamanda sözügedən məsələlərlə bağlı özünün mövqeyini ifadə etsin. Məsələn, İkinci Dünya savaşından sonra bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə Almaniya hər kəsdən üzr istədi və bəzi dövlətlərə təzminat ödəyir. Çünki Almaniya həmin cinayətləri etiraf edəcək gücü özündə tapdı. Ermənistanın bu gücü özündə tapa biləcəyi isə sual altındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə