Analitik: Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir
Analitik: Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir
Yusif Sultanoğlu
03:00 30.07.2024
Aktual
456
500 milyon dollarlıq silah müqaviləsi
Bu ölkədən silah daşınmasını Azərbaycanın nəzarətindən kənar həyata keçirə bilirlər
İranın Ermənistanla 500 milyon dollarlıq silah müqaviləsi imzaladığı haqda məlumatlar yayılıb. Tehranın bölgədəki maraqlarını və informasiyanı yayan resursun - “İran İnternational”ın sıradan media orqanı olmadığını nəzərə alanda bunun doğruluq ehtimalı yüksəlir. Məlumatda İranın müqavilə çərçivəsində Ermənistana pilotsuz təyyarələr və raketdən müdafiə sistemləri verdiyi deyilir. Müqaviləyə həmçinin Ermənistana kəşfiyyat dəstəyinin verilməsi, hərbi bazaların inşa edilməsi, erməni hərbçilərə təlimlərin keçirilməsi kimi məsələlər də daxildir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın “təhlükəsizlik çətirindən” imtina edən Ermənistan hərbi müstəvidə dəstəyi şaxələndirmək siyasəti yürüdür. Analitik qeyd edib ki, əsas istiqamət kimi Qərb, xüsusilə ABŞ və Fransa görünsə də, bu ölkələrdən silahların göndərilməsi marşrutunda çətinliklər var:
"Bir çox hallarda Azərbaycanın sərt reaksiyası problemlər yaradır. Bu baxımdan, Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir. Bu ölkədən silah daşınmasını Azərbaycanın nəzarətindən kənar həyata keçirə bilirlər. Region ölkəsi olan İrandan hərbi dəstəyin əldə edilməsi Ermənistan üçün uzaq Qərb ölkələrindən daha effektiv rol oynaya bilər. Bu həm də İrəvanın bölgədə təklənmək riskini azaldır. İranın Cənubi Qafqazda mövqelərini gücləndirmək siyasəti Ermənistanda Rusiyanın boşalan yerini tutmaq strategiyasına əsaslanır. Bu müqavilə Tehran üçün ciddi uğur hesab oluna bilər. Başda Fransa olmaqla Qərbdə Ermənistanın İranla əməkdaşlığına qarşı sərgilənən mövqe isə daha çox ritorik xarakter daşıyır. Çünki onlar üçün İranın dəstəyi “əllərinin çatmadığı” bölgədə Ermənistanın müdafiəsinin təmin edilməsi baxımından sərfəlidir".
Ekspert bəyan edib ki, azərbaycanlı Pezeşkianın prezident olması İranın siyasətində korrektlərə ümidlər yaratsa da, Tehran rejiminin mahiyyətinə ciddi təsir etməyəcəyi də məlum idi:
"İranın Ermənistana dəstəyini, bölgədəki maraqlarını bu ölkə üzərindən tətbiq etmək siyasətini müəyyən edən daha çox SEPAH, qərarverici isə dini liderdir. Pezeşkianın bunu dəyişmək gücü yoxdur. Pezeşkian amili İranın Azərbaycan siyasətində loyallığın ön plana çıxmasında müəyyən rol oynaya bilər. Bu ehtimal da o qədər yüksək deyil. Bütün bunların fonunda əsas diqqətçəkən məqam İran-Ermənistan silah müqaviləsi haqda informasiyanın səfirliyimizin fəaliyyətə başlaması və Bakı-Tehran xəttində normallaşmanın praktiki müstəvidə irəliləməsindən sonra ortaya çıxmasıdır. İstisna deyil ki, 500 milyon dollarlıq silah müqaviləsini İranda Azərbaycanla münasibətlərə qarşı olan qüvvələr mediaya sızdırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrandan sonra Kubaya “yeni həyat” vəd etdi
21:15 07.03.2026
Gündəm
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng edib
20:38 07.03.2026
Rəsmi
Metroda cibgirlik edən şəxs saxlanılıb
20:25 07.03.2026
Hadisə
Rusiyadan Azərbaycan və İrana çağırış
20:08 07.03.2026
Dünya
Sabah Ramazanın ilk Qədr gecəsidir
19:53 07.03.2026
Dünya
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib
19:09 07.03.2026
Rəsmi
Savaş dayanandan sonra qızıı bahalaşa bilər -İqtisadçı
18:55 07.03.2026
İqtisadiyyat
Türkiyə Şimali Kiprə F-16-lar göndərir
18:27 07.03.2026
Dünya
İran Körfəzdə neft tankerinə PUA ilə hücum edib
17:56 07.03.2026
Dünya
Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:25 07.03.2026
Siyasət
Bayram Beqay İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
17:16 07.03.2026
Rəsmi
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
16:47 07.03.2026
Siyasət
Polis odlu silah-sursat aşkar etdi
16:34 07.03.2026
Hadisə
İranda dərslər ilin sonuna qədər onlayn olacaq
16:00 07.03.2026
Dünya
Tramp: İran bu gün çox güclü zərbə alacaq
15:41 07.03.2026
Dünya
Avstriya səfiri İrandan təxliyə olundu
15:25 07.03.2026
Gündəm