
Antalya görüşü real nəticə verəcək! – “Zəngəzur dəhlizinin açılması...”
Yusif Nəzərli
06:30 15.03.2022
Aktual
528
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.
Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib.
Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olundu və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

İki lider arasında baş tutan görüşün Zəngəzur dəhlizi üçün də önəmini “Sherg.az”a izah edən siyasi ekspert Əlimusa İbrahimov bildirib ki, dəhlizin açılması Ermənistan tərəfinin günahı ucbatından gecikdirilir:
“Eyni zamanda, bu məsələdə Ermənistan tərəfinə lobbiçilik edən Rusiya idi. Amma indi Rusiya ilə vəziyyətin necə olduğu məlumdur.
Ukrayna müharibəsi fonunda Rusiyanın təsir etmə mexanizmi müəyyən qədər azalıb.
Bu məsələlər Ermənistanla Azərbaycan arasında qalıb. Türkiyə də müəyyən qədər təsir göstərib, yardım edir.
Düşünürəm ki, Ermənistan bu dəhlizin açılmasına, ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə həvəsli deyildi. Sanki xarici qüvvələr onu bu prosesə getməsinə məcbur edirdi. Onlar bu prosesi uzatmağa, sonda isə ləğv etməyə çalışırdı. Amma son zamanlar bu məsələlər tamamilə dayandırılıb”.
Siyasi ekspertin fikrincə, son zamanlar baş verən hadisələr də dəhlizin açılışının gecikməsinə səbəb olub:
“Söhbət gedir ki, bu dəhlizin açılmasında hələ razılaşmalar getmir, söhbətlər və məsləhətləşmələr aparılmır.
Təbii ki, mən bunu, əsasən, Ukrayn-Rusiya müharibəsi ilə bağlayıram. Mənə elə gəlir ki, Ermənistana bunu saxlamaqla bağlı Rusiya tərəfindən müəyyən qədər təsir göstərilir.
Çünki Rusiya da öz şərtləri daxilində bu dəhlizin açılmasına maraqlıdır. Rusiya da istəmir ki, Ermənistan birbaşa Azərbaycan və Türkiyə ilə danışsın və dəhlizin açılmasında müəyyən addımlar atsın”.
Ə.İbrahimov liderlərin görüşünü şərh edib.O, bildirib ki, dəhliz yaxın zamanda açılacaq:
“Türkiyə ilə Azərbaycan prezidentlərinin görüşünə gəldikdə isə bu görüş regionda gedən proseslərdə Türkiyənin iştirakını artırılması ilə bağlı çox mühüm addım idi. Düşünürəm ki, bu eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması üçün vacib idi.
O cümlədən, zənnimcə, yaxın günlərdə artıq dəhlizin açılması haqqında müəyyən qərarlar qəbul ediləcək. Ya da ki, söhbətin qaldığı yerdən başlaması haqqında bizə məlumatlar daxil olacaq.
Heç bir vəchlə dəhlizin açılması təxirə salına bilməz. Gecikdirilə bilər, lakin qarşısını almaq mümkün deyil. Dünyada vəziyyət elə inkişaf edir ki, gec-tez Ermənistan özü buna məcbur olacaq.
Düşünürəm ki, Azərbaycan Prezidenti və Türkiyə Prezidenti vəziyyətə uyğun olaraq adekvat addımlar atmağa qadirdilər. Onların cəhdləri yaxın günlərdə real nəticə verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya