- "Bu Naxçıvan məsələsini orada oturan millət vəkilləri nə üçün qaldırmırlar?
- "Mən hamıya, bütün dövlət orqanlarına, nazirlərə, məmurlara, deputatlara -hamıya müraciət edirəm, Naxçıvana sahib çıxın!"
Qarabağ işğal olundu, 30 ilə yaxın düşmən tapdağında qaldı, amma azad olundu, indi quruculuq, tikinti-abadlıq işləri gedir, insanlar doğma yurdlarına qayıdır, məskunlaşma hər keçən gün genişlənir, di gəl Naxçıvanın dərdi bitmir ki bitmir.
Dərd əvəzinə problem də yaza bilərdik. Amma yox, problem odur ki həll olunur, yaxud həllinə cəhd edilir. Naxçıvana münasibətdə bunu demək olmur. Bir halda ki 30 ildən çoxdur problem həll olunmur, təyyarə reysləri, bilet məsələsi, işsizlik, gəliş-gediş çətinliyi... bu, elə dərddir ki naxçıvanlılar mübtəla olub. Dəqiq deyək; onları bu dərdə mübtəla edənlər var.
“Gündəlik Naxçıvan”nın xəbərinə görə, hazırda Naxçıvan əhalisi təyyarəyə bilet tapmır, çünki sərnişin yerlərini Bakıya göndərilən ərik yüklənmiş yeşiklər tutur. Vətəndaşların dediyinə görə, ərik yeşiklərinin daşınması sərnişin daşınmasından sərfəlidir deyə, sərnişin yerlərinin sayını bilərəkdən azaldır, sərnişinləri ərik yeşikləri ilə əvəz edirlər. Babək rayonunda isə, deyilənə görə, icra başçısının hansısa rəssama ödəməli olduğu pulu icra nümayəndələrindən toplayırlar. hədələnir. ırin əmək haqqı verilmr. Naxçıvan Nazirlər Kabinetinin əməkdaşlarının isə 2 aydır əmək haqqı almadığı və bunun “büdcədə pul yoxdur”la əsaslandırıldığı deyilir.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Təşkilatının sədri, Naxçıvanda doğulub böyümüş Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında yaranmış vəziyyətin acınacaqlı olduğunu dedi:
- Naxçıvan mənim ağrılı yerimdi. İllərdir onların yaşayışına şahidəm, qohumlarım necəə əziyyət çəkir, görurəm! Ümid bircə təyyarəyədir ki, Bakıya gəlsinlər, onu da əllərindən alırlar. Bu Naxçıvan məsələsini orada oturan millət vəkilləri nə üçün qaldırmırlar? İndi dəb düşüb, hamısı deyir, Qərbi Azərbaycanlıyıq. Qərbi Azərbaycanlıların əksəriyyətinin babalari elə Naxçıvanda anadan olub. Naxçıvanın çörəyini yemisiniz, suyunu içmisiniz, Naxçıvanda böyümüsünüz. Durun səsinizi çıxarın, insanların halına acıyın. AZAL insanların əvəzinə ərik daşıyır. Bu, biabırçılqdı. Bəs vertolyotlar da var axı. 1-2 saata Bakıya çatdıra bilər. Özüm vertolyotla uçmuşam, bilirəm. Naxçıvan camaatına axı nə qədər əzab-əziyyət vermək olar?!. 30 ildir bu insanlar blokada şəraitində yaşayır. Elə bilirdim, ümid edirdim Qarabağdan sonra Naxçıvanın problemlərinə də diqqət ayrılacaq. Amma olmadı. Çoxu işsizdir. İş üçün, qazanc üçün Türkiyəyə gedirlər, orda da döyülürlər, söyülürlər. Bakiya da gələ bilmirlər. Bir söz demək istəyəndə, başımıza qaxınc edirlər ki, bütün vəzifəlilərdə oturanlar sizinkilərdi. Hansılardı, adlarının deyin, gedək qapılarını döyək, yiyə dursunlar bu Naxçıvan əhalisinə. Qərbi Azərbaycandan gələn hər bir kəsi Naxçıvan camaatı bağrına basıb, ermənidən qoruyub, mənim anamın anası bütün qohum-əqrabasıyla o vaxt İrəvandan gəlib Naxçivana, burda ev olublar, uşaq sahibi olublar, Naxçıvanı Vətən biliblər özlərinə. İrəvanı yaddan çıxarmayiblar, amma Naxçıvanın hər dərdinə şərik olublar. Mən hamıya, bütün dövlət orqanlarına, nazirlərə, məmurlara, deputatlara – hamıya müraciət edirəm, Naxçıvana sahib çıxın!