Azər Həsrət: Azərbaycan tərəfi Karapetyanla bağlı müvafiq addımlar atmalıdır
08:48 24.07.2024
Aktual
612
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib.
Bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib:
“Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?”
O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Ermənistan vətəndaşının belə etirafı onun məsuliyyətə cəlb olunması üçün yetərli sayıla bilər:
“Hüquqi cəhətdən araşdırılacaq və ona uyğun cavab veriləcək. Amma nəzərə almaq lazımdır ki, sözügedən şəxs xarici ölkə vətəndaşıdır. Eyni zamanda öz ölkəsinin ərazisində fəaliyyət göstərib və həmin əməlləri törədib. Ona görə də Azərbaycan dövlətinin hansısa şəkildə Karapetyanı məsuliyyətə cəlb etməsi asand deyil. Lakin Ermənistanın özü bu etirafı nəzərə alaraq, müvafiq araşdırmalara başlamalıdır. Ermənistan hakimiyyəti həmin araşdırmaları aparmaqla göstərə bilər ki, Azərbaycanla dinc yaşamağa hazırdırlar. Əks təqdirdə Azərbaycan düşünəcək ki, Ermənistan belə hallara yönəlik şəxsləri cəzalandırmır, əksinə təqdir edir. Əgər təqdir edirsə, deməli, iki dövlət və xalq arasında qarşıdurmanın dərinləşməsində maraqlıdır. Azərbaycan tərəfi Karapetyanla bağlı müvafiq addımlar atmalıdır. Karapetyanın əməli ilə bağlı beynəlxalq səviyyədə məsələ qaldırılması mümkündür. Hətta onun cinayət əməlinin olub-olmaması ilə bağlı müəyyən araşdırmalar aparıb, sübutlarla birlikdə beynəlxalq qurumlara müraciətlər edə bilərik. Təbii ki, Karapetyanı Ermənistandan Azərbaycana gətirib cəzalandırmaq olmayacaq”.
Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya