Azərbaycan Ombudsmanı Xankəndinə də getməlidir
Yusif Nəzərli
20:12 05.03.2022
Aktual
742
Bu aktual məsələ ilə bağlı Moskva ilə müzakirələrə başlamalıyıq
“Araik və digər erməni cinayətkarlar hələ də Qarabağdadır”. Bunu ötən gün Milli Məclisin iclasında millət deputat Nigar Arpadarai deyib. Parlament üzvü bildirib ki, üçtərəfli bəyanat imzalanandan sonra Ombudsman tərəfindən sülhməramlıların nəzarəti altında olan ərazilərdə monitorinqlər aparılıb-aparılmaması məsələsi qalır.
Deputatın fikrincə, torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirən ünsürlərdən biri də separaçıların başı Araik Arutyunyandır: “Onlar silahlıdır, bu da ona gətirib çıxarır ki, orada olan azərbaycanlı və erməni əsilli vətəndaşlarımız həmişə risk altındadır. Ona görə hesab edirəm ki, bu məsələdə həm sülhməramlılar, həm də aidiyyəti qurumlarla iş aparılmalıdır”.
Milli Məclis üzvünün qaldırdığı məsələni “Şərq”ə dəyərləndirən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deputat tərəfindən qaldırılan məsələnin aktual olduğunu söyləyib. Ekspert bildirib ki, üçtərəfli müqaviləyə əsasən, Xankəndi və ətraf bölgələr mərhələli şəkildə Azərbaycanın nəzarətinə keçməli idi:
“Separatçıları çıxmaq şərti ilə Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Hazırda həmin bölgə rus sülhməramlılarının nəzarəti altındadır. Ancaq bu, o demək deyil ki, sözügedən bölgədə insan haqları, orada yaşayanların hüquqlarının pozulması ilə bağlı rəsmi Bakı heç bir addım atmamalıdır. Xankəndi və ətrafı Azərbaycan Ordusunun nəzarətinə keçənədək orada Ombudsman və digər inzibati, sosial qurumların nümayəndələri də fəaliyyət göstərməlidir. Hesab edirəm ki, bununla bağlı birbaşa Moskva ilə müzakirələrə başlamalıyıq. Təkcə Ombudsmanın deyil, Xocalı, Xocavənd sakinlərinin də öz torpaqlarına, yurdlarına getməsinə şərait yaradılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi