Azərbaycanda “5-ci kolon” aktivləşib! - “Qarşısı dərhal alınmalıdı”
Yusif Nəzərli
12:43 28.03.2022
Aktual
934
Son dönəm Azərbacanda “5-ci kolon”unun nümayəndələri aktivləşiblər. İstər Rusiyanın Ukraynaya hücumu ərəfəsində Azərbaycan xalqının Ukraynaya dəstəyi, istərsə də tarixi ərazimiz olan Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsindən sonra məlum prosesi aydın müşahidə etmək olur. Fikirlərimizin təsdiqi üçün sosial şəbəkələrin Azərbaycan seqmentinə “göz gəzdirmək” bəs edir. Hətta buna dair bəzi siyasilər və jurnalistlər də status və ya rəylər yazırlar.
Mövcud durumla bağlı “Sherg.az”a danışan sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, bu ilk növbədə Rusiyanın Ukraynaya təcavüzü zamanı Azərbaycan cəmiyyətinin təcavüzə qarşı çıxış edib Ukraynanın tərəfində olduğunu nümayiş etdirməsi ilə bağlıdır:
“Ola bilsin proseslərin gedişində onlara da fəallaşmaq tapşırığı verilib. Amma Azərbaycan konstitusiyasının prinsipləri var. Məsələn, konstitusiyaya görə müharibə təbliğatının aparılması qadağandır. İndi göründüyü kimi Rusiya Ukraynaya qarşı açıq-aydın təcavüzkar müharibə aparır. Bu müharibənin təbliği ilə məşğul olanlar barəsində də qanunla nəzərdə tutulan tədbirlər görülməlidir".
P.Hüseyn diqqətə çatdırıb ki, hazırda "5-ci kolon"la mübarizədə Azərbaycanın milli vətənpərvər , o cümlədən, siyasi partiyalarda olan qüvvələri bu məsələyə şiddətli şəkildə qarşı çıxıb və hər hansı güzəştə yol verməməlidir:
"Bu, Azərbaycan cəmiyyətinin özünün də dövlətini qorumaq imumunitetinin olub-olmadığını göstərir. Hesab edirəm ki, hazırda "5-ci kolon" adlanan bir kəsimin Azərbaycan üçün ciddi təhlükə yaratmaq imkanı yoxdur. Yalnız rusların və yaxud onların burdakı əlaltılarının-ermənilərin təcavüzünü gözləyənlər var ki, belə məqamda onlar da hərəkətə keçsinlər. Bu baş vermədən onların neytrallaşdırılması istiqamətində şübhəsiz ki, insan hüquq və azadlıqları gözlənilməklə mübarizə aparılmalıdır".
AXP sədrinin sözlərinə görə, bəzi çıxışlarda açıq-aydın Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiyamızda təsbit edilmiş prinsipləri şübhə altına alan fikirlər səsləndirən bu şəxslərin qarşısı dərhal alınmalıdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə