
Azərbaycanın torpaqları özünə qaytarılmalıdır: Prosesin uzanması Ermənistan üçün itkidir
11:20 17.01.2025
Aktual
533
Ötən gün dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşündə qəbul edilən qərarla bağlı Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın açıqlaması diqqət çəkib.
Abramyan delimitasiyanın Tavuşdan – Ermənistan-Gürcüstan-Azərbaycan sərhədindən başlanmasını rəsmi Bakının diktə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi və Bakı bir müddət əvvəl qaytarılan Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı başlayan prosesi davam etdirir. Belə ki, hazırda qəbul olunan prinsiplə Azərbaycanın anklavlarının - Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin qaytarılması gündəmə gələcək.
Abramyan qeyd edib ki, bu kəndlər geri qaytarılacağı halda Tavuşun təkcə daxili kommunikasiyanı məhv etməyəcək, həm də Ermənistan-Gürcüstan sərhədinə gedən Tavuş-Baqrataşen yolu Azərbaycan Ordusunun müşahidəsi altına düşəcək.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Ermənistanda ayrı-ayrı müxalif şəxslərin bu cür fikirləri bizi təəccübləndirmir:

"Azərbaycan delimitasiya-demarkasiya prosesində səmimidir. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla normal münasibətlərin qurulmasında maraqlıdır. Cənubi Qafqaz kiçik bölgədir. Burada 3 dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan var. Həmin ölkələr arasında münasibətlər normallaşarsa, bu, ümumi rifaha töhfə verər. Bunu Azərbaycan tərəfi yaxşı başa düşür. Əslində Ermənistanın Baş naziri Nikol Paşinyan da anlamamış deyil. Sadəcə olaraq Ermənistan Azərbaycandan fərqli olaraq müstəqil siyasət yürüdə bilmir. Nəticədə də proseslər uzanır. Sözügedən anklavların qaytarılması ilə bağlı aparılan işlərə müxalif bir şəxsin verdiyi reaksiya onu göstərir ki, onlar Paşinyana qarşı siyasi xal qazanmaq dərdindədirlər. Buna görə də bu cür ağlabatmayan, məntiqə uymayan təklif və fikirlər səsləndirirlər. Onsuz da gec-tez sərhədlərin delimitasiya-demarkasiyası məsələsi həllini tapmalıdır. Eyni zamanda tərəflər öz sərhədlərini bəlli etməlidirlər. Ümumilikdə isə normal dinc qonşuluq şəraitində yaşamalıyıq".
Şərhçinin fikrincə, delimitasiya-demarkasiya prosesinin uzanması Ermənistan üçün itkidir:
"Bu dövlətin nümayəndələri Ermənistanın mənafelərini düşünürlərsə, sərhədlərin müəyyənləşməsinin daha tez başa çatmasında maraqlı olmalıdırlar. Digər tərəfdən sülh müqaviləsinin imzalanması bu kimi məsələlərin müsbət nəticəsindən çox asılıdır. Yəni biz görmək istəyirik ki, Ermənistanda həqiqətən aqressiyadan, təcavüzkarlıqdan imtina edirlər. Həmçinin Azərbaycan dövləti ilə dinc yanaşı yaşamağa hazırdırlar. Məhz İlham Əliyev də təkliflərində bütün bunları rəhbər tutur. Lakin bu cür müxalif fikirlər səsləndirən erməni deputat və ya siyasilər əslində sülh prosesini əngəlləməyə çalışırlar. Ümumiyyətlə Azərbaycanın bütün torpaqları özünə qaytarılmalıdır və heç kim bunun əksini deyə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol