
“Azərbaycanla Özbəkistan “Orta Dəhliz” layihəsinin aparıcı qüvvəsi olacaq”
Yusif Nəzərli
15:17 22.06.2022
Aktual
624
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına səfərə gedib. Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşüb. Səfər zamanı iki ölkə başçısının geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Özbəkistan lideri vacib məqamlara toxunub. Şavkat Mirziyoyev vurğulayıb ki, Prezident İlham Əliyevin səfəri ikitərəfli münasibətlərin tarixində vacib əlamətdar hadisədir:
“Bu səfər bizim münasibətlərə yeni təkan verməlidir. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir.
Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir. Heydər Əliyevin adını daşıyan yenilənmiş küçə və orada qoyulmuş abidə öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir”.

Prezident İlham Əliyevin Özbəkistan səfərini şərh edən politoloq Tofiq Abbaslı “Sherg.az”a bildirib ki, bu iki ölkə arasında əsası çoxdan qoyulmuş münasibətlər var:
“Özbəkistan Mərkəzi Asiyanın, Azərbaycan isə Qafqazın aparıcı qüvvəsidir. Əlaqələrimiz ildən-ilə genişlənir. İyulun 21-də ümumilli lider Heydər Əliyevin özbəkistana rəsmi səfərindən tam 25 il keçir. Yəni, bizim Özbəkistanla münasibətlərimiz ən az 25 il inkişaf edib. Bəzi insanların fikrincə, ticari dövriyyəmiz bir o qədər də böyük deyil, bundan da artıq ola bilər. Lakin əsas odur ki, iki tərəf arasında etimad və istəklər var ki, bütün sahələrdə əməkdaşlıq olsun. Biz Özbəkistanla birlikdə “Orta Dəhliz” deyilən layihənin aparıcı qüvvəsi olacağıq”.
Politoloq qeyd edib ki, indiki vəziyyətdə insanların, resursların daşınması böyük rol oynayır:
“ Hətta pandemiya dövründə gördük ki, bir çox yollar kommunikasiyalara qapandı, dövlətlər öz sərhədlərini bağladılar. Buna baxmayaraq, türk dövlətləri arasında çox böyük canlanma var idi. Hətta Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin zirvə toplantısı keçirildi. Macarıstan da Vikter Orbanın iştirakı ilə həmin toplantıya qoşulmuşdu. Orada qeyd olundu ki, ölkələrimizin arasında neft daşımalarında artım var. Bu onu sübut edir ki, müxtəlif ekstrimal şəraitlər formalaşsa da, dövlətlər arası münasibətlərdə təmaslar dayanmamalıdır.
Əsas sahələrdə - energetika, nəqliyyat, kommunikasiya, aqrar sənaye, investisiyada ortaq razılaşmalar əldə olunub. Hətta hərbi texniki sahəyə dair iki dövlətin böyük niyyətləri var. Heç bir hərbi siyasi alyansın üzvü olmasaq da, bu işlərdə həmahəng hərəkət edəcəyik. Azərbaycanın və Qafqazın rolu artır. Bu baxımdan Bakı-Tiblisi-Qars xətti demək olar ki, həyati əhəmiyyətə malik olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi