““Bayraktar” PUA-ları Qərbin gözdağına çevrilmişdi”
Yusif Nəzərli
15:22 15.03.2022
Aktual
723
Ölkələrin sahib olduğu və istifadə etdiyi hərbi texnikalar tarix boyu onlar üçün xüsusi yer tutub.
Son zamanlarda baş verən hərbi münaqişələrdə də bunun təsdiqini görürük. Belə texnikalardan biri də Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarıdır (PUA).
Bu texnikanın gücü ilə demək olar ki, bütün dünya tanış olub.
Hazırda davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfindən istifadə olunan Türkiyə PUA-lar dünya tərəfindən “qəhrəman” elan olunub.
Hesablamalara görə, “Bayraktar” PUA-ları fevralın 24-dən bəri Rusiyanın ümumi dəyəri 600 milyon dollar civarında olan texnikalarını məhv edib.
Qeyd edək ki, 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsində də “Bayraktar” PUA-ları Azərbaycan ordusuna böyük töhfələr vermişdir.
Ordumuzun və insanlarımızın sevimlisinə çevrilmiş texnika, dəqiq zərbələr endirərək düşmənin önəmli bazalarını məhv edib.
Amma maraqlı məqam ondadır ki, Qarabağ müharibəsi zamanı qərb dövlətləri və mətbuatı bu aparatları ya görməzdən gəlir, ya da “düşmən texnika” kimi qələmə verirdilər.
Bu mövzuda Qərbin ikili standartlarını dəyərləndirən politloq Tofiq Abbasov “Sherg.az”a açıqlaması zamanı bildirib ki, Azərbaycanın öz əraziləri uğrunda mübarizə aparması Qərbdə qıcıq oyadırdı:
“Azərbaycan öz torpaqları uğrunda mücadələyə qalxmışdı və bütün dünya birliyi də bilirdi ki, bizim sərhədlərimiz pozulub, ərazilərimizdə işğalçı qüvvə var.
Azərbaycan bunu 30 ilə yaxın dedi. Amma onlar başlarını aşağı əyirdilər.
Sanki eşitmirdilər, ya da özlərin görməməzliyə vururdular. Nəhayət, biz öz haqq işimizi həyata keçirəndə onlar anladılar ki, bu xalq və onun lideri söz sahibidirlər. Bu cəhət onlarda qıcıq yaradırdı.
Biz bilirik ki, Qərb dünyasında liderlərin qıtlığı var. Üzdə olan rəhbərlər və onların komandaları son dərəcə boz insanlardan formalaşmış komandalardır. Onlara heç bir maraq yoxdur”.
Politloqun fikrincə, bu proseslər tarix boyu hər zaman olub:
“Azərbaycan 21-ci əsrin müharibəsinin nə olduğu ilə bağlı açıq-aşkar ekspozisiya verdikdə, onlar çaşqın vəziyyətə düşdülər. Onların qısqanclığı məhz ondan irəli gəlirdi ki, onlar Azərbaycanın balaca, mobil ordusunda belə bir məharəti görmək istəmirdilər. Əksinə, biz siyasi cəhətdən düzgün mövqe tutduq.
Digər tərəfdən iqtisadiyyatımızı gücləndirib ordumuzu ayaq üstünə qaldırdıq.
Bu ordu artıq işlək ordudur, mürəkkəb taktiki gedişlərdən anlayışı var və çox ağır vəzifələri öz üzərinə götürüb onların öhdəsindən məharətlə gəlir. Buna görə də elə “Bayraktar” PUA-ları onların gözdağına çevrilmişdir.
Amma indi isə həmin PUA-lar Ukrayna tərəfindən Rusiyaya qarşı işlədilir. Onlara epitetlərlə sözlər deyirlər, təriflər yağdırırlar və.s. Biz bu prosesləri çoxdan görmüşük, gərək onlar bizi sarsıtmasın.
Həmişə böyük qüvvələr riyakar olublar. Hər zaman çalışıblar ki, insanları və dövlətləri vuruşdursunlar, hökmranlıq etsinlər, onların bədbəxtçilik səviyyəsində özləri üçün maraq dairəsi formalaşdırsınlar.
Bunlar hamısı bəlli həqiqətlərdir və mən buna heç heyfislənmirəm. Çünki bir məsəl var: “Kim nə edir, özünə edir”.”
T.Abbasov bildirib ki, o belə hadisələrə təəccüblənmir:
“Əgər Qərb həqiqətən də dünya birliyində aparıcı yol oynamaq istəyirsə, özünü hegemon kimi biruzə vermək istəyirsə, o, gərək hər şeyə düzgün qiymət verin, obyektiv yanaşma ilə qarşılasın.
Ancaq biz bunu Ermənistan-Azərbaycan qarşıdurması müstəvisində görmədik. Odur ki, mən buna təəccüblənmirəm.
Onlar dəyişmirlərsə, dəyişməsinlər. Əsas odur ki, biz dəyişilməyək. Necə mətin, düz və ədalət tərəfindəyiksə elə də qalaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol