Britaniyalı nazirin Bakı səfəri! - Analitik panorama: “Ukraynadan sonra digər ocaqların qalanması...”
Yusif Nəzərli
13:33 30.03.2022
Aktual
801
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi Azərbaycana səfərə gəlib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev C.Heppini qəbul edib. Görüşdə bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla vurğulanıb və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazir C.Hippini Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.
Britaniyalı nazirin Azərbaycana səfərini şərh edən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, cənab Heppinin keçirdiyi görüşlərdə müdafiə sahəsindəki əməkdaşlıqla bağlı tezisi önə çıxara bilərik:
“Heppinin Gürcüstandan Azərbaycana yola düşməsinin səbəblərinə toxunmazdan öncə onun tutduğu vəzifənin mahiyyətini açmağa çalışaq. Heppi Britaniyanın Müdafiə Nazirliyi sistemində müdafiə üzrə dövlət katibinə tabe olan vəzifənin daşıyıcısıdır.
Həmin qurumun fəaliyyəti və məsuliyyət dairəsinə daxil olan funksiyaları belə təsnifatlandıra bilərik: əməliyyatların hüquqi tərəfləri, təlimlərin keçirilməsi ilə güc formalaşdırmaq, beynəlxalq müdafiə strategiyası, kibertəhlükəsizlik, beynəlxalq müdafiə strategiyası. Ceyms Heppinin Bakıya gəlişini həmin bəndlər və bunların qlobal siyasətdə təsirlər yaratması kontekstində şərh etmək vacibdir”.
Ekspert hesab edir ki, Britaniya öz xarici siyasətinin tonunu dünya siyasətində yeni formada hegemon olmaq həddinə qədər qaldırır:
“Bunun üçün regionlarda yeni düzənin çağırışlarına cavab verərək güc formalaşdıran tərəflərlə tərəfdaşlıq münasibətləri qurmaq Britaniyanın dövlət strategiyasında mühüm yer tutan xətdir. Hazırda Ukraynadakı müharibə, digər regionların da qaynadılması üçün ocaqların qalanması Britaniya qarşısında öz tərəfdaşları ilə münasibətləri dərinləşdirmək çağırışlarını qoyur. Britaniyanın Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə və Azərbaycanın dostu Pakistanla da yaxşı münasibətləri var. Ümumiyyətlə Britaniya Pakistan hərbçilərinə təlimlər də keçir. Londonun dünyaya baxış tərzində hibrid müharibələr, onun həll yolları, dezinformasiyalara qarşı mübarizə tədbirləri də yer tutur”.
A.Kərimovun fikrincə, Britaniya Bakını qüsursuz tərəfdaş kimi yüksək qiymətləndirir:
“Britaniya bilir ki, təkbaşına işləməklə ali strateji məqsədlərinə nail ola bilməz, o hədəflər üçün kollektiv fəaliyyət mexanizmi və tərəfdaşlarla birgə unikal platforma yaratmaq istəyir. Azərbaycan da Britaniya üçün qüsursuz tərəfdaşdır, Cənubi Qafqazın hərbi-siyasi, iqtisadi qüdrətinə görə birinci yerdə olan Bakı Ankara ilə birgə regional oyunçuya çevrilir. Britaniya isə bunu yüksək dəyərləndirir.
Bu baxımdan Britaniya Cənubi Qafqazdakı proseslərdə Azərbaycana dəstəyini artırmağı planlaşdırır, bu, həm də Londonun regionda güclənən maraqlarının təcəssümüdür. Bu fonda İlham Əliyevin britaniyalı nazirlə Cənubi Qafqazdakı postmünaqişə dövrü proseslərini müzakirə etməsi diqqət yönəltməli məqamdır.
Bununla da Britaniya proseslərdə Azərbaycana dəstək məqsədli iştirakını sürətləndirəcək və müdafiə qabiliyyətinin artırılması üçün resurs xərcləyəcək. Bu isə perspektiv üçün hərbi əməkdaşlıq imkanlarına dair sənədlərin üzərində işləməyi aktuallaşdırır.
Britaniya Cənubi Qafqazda geosiyasi və geoiqtisadi davamlılığın təmini üçün çalışacaq. Bu, Britaniyaya həm də ona görə lazımdır ki, onun qlobal strategiyasının önünə sədd çəkən risklərə qarşı kollektiv təhlükəsizlik yükünü bölüşsün”.
Ekspertə görə, nazirin səfəri, açılan analitik panorama belə deməyə əsas verir ki, Britaniyanın beynəlxalq müdafiə strategiyasında Azərbaycanın da xüsusi yeri var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya