Ceyhun Bayramov: “Azərbaycan BMT-nin müxtəlif instututları ilə sıx əməkdaşlıq edir”
Yusif Nəzərli
09:47 18.03.2022
Aktual
668
"Azərbaycan BMT və onun müxtəlif instututları ilə sıx əməkdaşlıq edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası və COVID-19 pandemiyasından sonrakı bərpa məsələləri müzakirə olunacaq.
“Dünya çətin bir dövr yaşayır. Mövcud çağırışları həll etmək üçün çox səy göstərmək tələb olunur. Lakin bu, birgə səylər olmalıdır. Bu cür çağırışlardan biri də pandemiyadır”, - XİN rəhbəri deyib.
O, pandemiya zamanı Azərbaycanın 80-dən çox ölkəyə humanitar yardım göndərdiyini xatırladıb:
"Vaksin millətçiliyi”nin qarşısını almaq üçün çox işlər görmüş Azərbaycan Prezidenti COVID-19-a qarşı vaksinlərin bərabər paylanması kimi aktual mövzunu Qoşulmama Hərəkatı çərçivəsində dəfələrlə qaldırıb. Azərbaycan BMT-nin DİM-in icrasına verdiyi dəyəri yüksək qiymətləndirir və bu istiqamətdə fəaliyyətini davam etdirir”.
XİN rəhbəri vurğulayıb ki, Vətən müharibəsi başa çatdıqdan sonra məcburi köçkünlərin mümkün qədər tez doğma yurd-yuvalarına qayıtması üçün Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb.
C.Bayramov mina sahələrinin bu ərazilərdə bərpa işlərinin sürətini azaltdığını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya