Ciddi mesajdır! - BMT nümayəndələri Şuşaya "Xankəndi" təyyarəsində yola düşdülər
Yusif Nəzərli
22:18 18.03.2022
Aktual
683
"Bu mesajın BMT-yə üzvlüyün 30-cu ildönümü münasibətilə keçirilən tədbir üzərindən verilməsi də təsadüfi deyil"
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 30 illiyi ilə bağlı Şuşada möhtəşəm tədbir keçirildi. Maraqlı məqamlardan biri odur ki, Azərbaycan rəsmiləri, BMT-nin ölkəmizdə akkreditə olunmuş nümayəndəsi və digər qonaqlar Şuşaya getmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçublar.
Oradan Şuşaya yollanıblar. Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı BMT-nin bayrağı da azad edilmiş Şuşada dalğalandırılıb. Ekspertlərə görə, təyyarənin adının “Xankəndi” seçilməsi müəyyən dairələrə verilən mühüm mesajdır. Rəsmi Bakı bununla bir daha Xankəndidə heç bir ölkənin və ya rejimin varlığını tanımadığını, bu şəhərin də Azərbaycanın ayrılmaz bir parçası olduğunu bəyan etmiş oldu.
BMT institutlarının Şuşaya aparılması da özlüyündə bir mesajdır. Azərbaycan bununla BMT-nin Qarabağın Ermənistan tərəfindən işğalına dair qəbul etdiyi 4 qətnaməni yada salaraq, həmin qətnamələrin 27 il ərzində icra edilməməsini, yekunda torpaqların hərbi yolla azad edildiyi mesajını verir. BMT bayrağının azad edilmiş Şuşada dalğalandırılması isə göstərir ki, dünyanın bütün ölkə və təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyır və təsdiqləyir. Şuşada keçirilən tədbir bir daha göstərdi ki, dünyanın ən ali qurumu olan BMT-nin və dünya birliyinin bu məsələdə fikri birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, bu addım Xankəndinin Azərbaycan ərazisi olduğunun, Qarabağdakı ermənilərin yalnız Azərbaycan vətəndaşı kimi yaşaya biləcəyinin, “status” məsələsinin arxivə göndərildiyinin ən bariz mesajıdır:
“Bu mesajın BMT-yə üzvlüyün 30-cu ildönümü münasibətilə keçirilən tədbir üzərindən verilməsi də təsadüfi deyil. Rəsmi Bakı BMT Nizamnaməsinə uyğun olaraq, ərazi bütövlüyü məsələsindən geri çəkilməyəcəyini bildirir. BMT nümayəndələrinin “Xankəndi” adlı təyyarə ilə aparılması da buna hesablanıb. Mesaj həm Ermənistana, Qarabağdakı separatçı rejimə və onların bel bağladığı Rusiyaya, həm də Qərbdə hələ “status” məsələsi üzərindən siyasət yürütmək istəyən ölkələrədir. Hər şey açıq şəkildə ortadadır. Ərazi bütövlüyü məsələsi Bakının qırmızı xəttidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya