
Deputatdan sensasion açıqlama: “Azərbaycan sülhməramlılara ümid bəsləmir” – Ərazilərimiz təmizlənsin!
Yusif Nəzərli
13:45 01.04.2022
Aktual
801
Xocalı rayonunun Pirlər kəndinin yaxınlığında qanunsuz erməni silahlı dəstəsinin üzvlərinə hərbi geyim və silah paylanılır. Bu barədə Operativ Media teleqram kanalı məlumat yayıb. Onlardan cəmi 200 metr aralıda Rusiya "sülhməramlıları" bu prosesi sakitcə izləyir. Hər an təxribat ola bilər. Qeyd edək ki, rus sülhməramlıları ərazidə sabitlik yaratmaq, qanunsuz hallara imkan verəməmək və təxribatın qarşısını almaq öhdəliyini daşıyır. Lakin terror qruplaşmalarına qarşı tədbir görmür, hətta şərait yaradırlar. Azərbaycan bununla bağlı ciddi addımlar atmalıdır.

Erməni separatçıların silahlanması ilə bağlı “Sherg.az”a münasibət bildirən millət vəkili Elman Məmmədov təxribatın qarşısının alınma yollarını izah edib:
“Necə ki, Fərrux yüksəkliyində mövqelər tutulanda, qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı tədbir görülüb, eləcə də, leqal olmayan silahlı birləşmələrə və separatçılara qarşı antiterror əməliyyatları keçirilməlidir. Azərbaycan öz ərazisini terrorçulardan tamamilə təmizləməlidir. Bu məsələni həll etməli olan Rusiya və ərazimizdə müvəqqəti yerləşmiş onun hərbi kontingenti məsuliyyətlərini yerinə yetirmədilər. 10 noyabr 2020-ci il tarixli razılaşma var.
Həmin sənəddə açıq şəkildə göstərilir ki, sülhməramlılar qeyri-qanuni silahlanan erməniləri ərazimizdən çıxaracaq. Əksinə, terrorçular tərəfindən baş verən hadisələr elə onların gözü qarşısında baş verir. Hətta himayə edirlər”.
Azərbaycan artıq sülhməramlılara ümid bəsləmir:
“Hesab edirəm, ölkəmiz prosesləri gücləndirəcək ki, terrorçular və silahlanan dəstələr ərazimizdən çıxarılmalıdırlar. Çünki başda Rusiya olmaqla heç bir dövlət, qəbul etməz ki, torpaqlarında separatçı qurum olsun. Biz 44 günlük Vətən müharibəsi bitəndən, yəni 1 il yarımdan çoxdur ki, gözləyirik. 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli görüşlər zamanı bu sənədlər imzalanıb, öhdəliklər götürülüb , tapşırıqlar verilib. Ancaq bunlar çağırış üzərində qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya