DİN-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTO/VİDEO
Yusif Nəzərli
12:35 06.05.2023
Aktual
491
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri xiyabana gələrək ulu öndərin abidəsi önünə çiçək dəstələri düzüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib.
Sonra Nazirlikdə ümummilli liderin yubileyinə həsr olunmuş tədbir keçirilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, ümumən dövlətçilik tarixində müstəsna xidmətləri barədə ətraflı qeyd edib, daxili işlər orqanlarının formalaşmasında və inkişafında rolunu, şəxsi heyətə diqqət və qayğısını vurğulayıb.
Tədbir iştirakçıları qarşısında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Ədalət Qasımov “Azərbaycan xalqının tarixi taleyində Heydər Əliyev fenomeni” mövzusunda əhatəli çıxış edib.
Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən “Heydər Əliyev və 44 günlük Zəfər Yolu” sənədli filmi nümayiş olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər Nazirliyin Polis Akademiyasında, Ali Hərbi Məktəbində, Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsində, ərazi polis orqanlarında və hərbi hissələrində də keçirilib, həmçinin konfranslar, intellektual yarışlar, idman turnirləri, müsabiqələr, ağacəkmə aksiyaları və sair təşkil edilib.
Oxşar xəbərlər
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Türkoloji Qurultayda iki Türk alimi - Əli bəy Hüseynzadə və Fuad Köprülü Bakıda nə söylədi?
20:59 30.06.2026
Xəbər lenti
Hamısına bax
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat