Şimali Koreya lideri Kim Çen In ölkənin ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını prioritet vəzifə elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In bu fikirləri Pxenyanda Koreya Xalq Ordusunun bölük komandirlərinin III toplantısında çıxışı zamanı səsləndirib.
KCNA-nın məlumatına görə, toplantının əsas məqsədi güclü bölüklər hazırlamaqla qüdrətli ordu yaratmaq və hərbi sahədə ölkəyə xas islahatları sürətləndirməkdir.