Doğma kəndimiz
Yusif Nəzərli
15:36 05.05.2023
Aktual
597
Əlisahib Hüseynov: "Xanlıq kəndi də fədakar insanlarımızın əməyi sayəsində tezliklə bərpa olunacaq"
"Qubadlı rayonuna səfər edən Prezident İlham Əliyev erməni vandallarının dağıdıb taladığı məşhur Xanlıq kəndinin təməlini yenidən qoydu. Təməlqoyma mərasiminin kadrlarını izləyərkən qeyri-adi hisslər yaşadım. Sevinc və nisgil hissləri bir-birinə qarışdı. Çünki Xanlıq mənim doğma kəndimdir. Mən bu kənddə anadan olmuşam, orada böyümüşəm. Birinci Qarabağ müharibəsi zamanı həm Xanlıq uğrunda, həm də digər ərazilərimiz uğrunda döyüşmüşəm, yaralanmışam". Bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, 30 ildir ki, Xanlıqdan uzaq düşüb: "Bir çox soydaşlarımız kimi biz də məcburi köçkün həyatının bütün əziyyətlərinə qatlaşmışıq. Şükürlər olsun ki, indi artıq məcburi köçkün sayılmırıq. 44 günlük İkinci Qarabağ savaşında Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman əsgər və zabitlərimiz, qazilərimiz Xanlıq kəndini də düşmən tapdağından azad etdilər. Məcburi köçkünlüyün ağır yükü üzərimizdən götürüldü.
Buna görə əziz şəhidlərimizin ruhu qarşısında da baş əyirik. İndi Qarabağ və Şərqi Zəngəzurun bütün əraziləri kimi Qubadlı rayonu da yenidən qurulur, bərpa olunur.
Bu gün isə Qubadlının ən böyük kəndlərindən biri sayılan, strateji nöqtədə yerləşən Xanlıq kəndinin də təməlqoyma mərasiminə şahidlik etdik. Qarabağ və Şərqi Zəngəzur hazırda nəhəng bir tikinti meydanını xatırladır. Orada gecəli-gündüzlü intensiv inşaat-bərpa işləri görülür. Mən oradakı qızğın iş mühitini öz gözlərimlə görmüşəm.
Ağdamda, Zəngilanda, Şuşada olduğum səfərlər zamanı hər kəsin "Böyük Qayıdış" naminə fədakarlıq göstərdiyini müşahidə etmişəm. Xanlıq kəndi də fədakar insanlarımızın əməyi sayəsində tezliklə bərpa olunacaq. Əminəm ki, "Böyük Qayıdış" hədəfimizin bir mərhələsi kimi Xanlığa qayıdışımız da möhtəşəm olacaq. İnşallah gün gələr, birbaşa Xanlıqdan paylaşım edərik".
Oxşar xəbərlər
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Türkoloji Qurultayda iki Türk alimi - Əli bəy Hüseynzadə və Fuad Köprülü Bakıda nə söylədi?
20:59 30.06.2026
Xəbər lenti
Hamısına bax
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat