DTX: “Ermənistan müharibəyə 14-15 yaşlı yeniyetmələri cəlb edib” - VİDEO
Yusif Nəzərli
07:51 29.03.2022
Aktual
524
“Müharibədən öncə Azərbaycanın işğal olunmuş ərazilərində Livandan və digər yerlərdən gətirilmiş sakinlər yerləşdirilmişdi. Onların siyahısı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) bəlli idi. Onlara elektrik enerjisini günəş panelləri vasitəsilə verirdilər. Təxminən 900-950 mənzil bu vasitə ilə elektrik enerjisi ilə təmin edilirdi”.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində bildirilib.
Üzü görünməyən DTX əməkdaşı qeyd edib ki, Vətən müharibəsi başlayanda DTX həmin mənzillərə verilən enerjini kəsməyə nail olub.
“Onlar hiss etdi ki, Azərbaycandan ciddi müdaxilələr var və kiberhücumlar nəticə verir. Livandan köçmüş ermənilər, Suriyadan gətirilmiş ermənilər, erməni əsilli şəxslərlə ailə qurmuş şəxslər – bizdə bunların siyahısı var idi. Biz müharibə dövründə milli orduya siyahı vermişdik. Yəni həmin siyahı üzrə əsir düşən olsa, onlar bilsinlər ki, həmin şəxslər xaricdən gəliblər və muzdlu döyüşçülər ola bilərlər”, - deyə qeyd olunub.
DTX nümayəndəsi bildirib ki, müharibə zamanı Ermənistan 14-15 yaşlı yeniyetmələri də qanunsuz silahlı birləşmələrə cəlb edib:
“Biz bunu sənədlərlə təsdiq etmişdik. Bu sənədlər Ermənistanın hərbi səfərbərliyinin çağırış siyahısında var idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə