Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirildi - FOTO
Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirildi - FOTO
Yusif Nəzərli
16:20 08.05.2023
Aktual
423
Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib.
“Report” xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.
Təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb.
Təlimin növbəti mərhələsi idarəetmə məntəqələrinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib.
Praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, döyüş fəaliyyətlərinin gedişində artilleriya, tank əleyhinə və hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti ərazidə məşq etdirilib.
Təlimin praktiki mərhələsində hər zaman yüksək döyüş hazırlığı və peşəkarlığı ilə fərqlənmiş xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərinə basqınlar keçirilib.
44 günlük Vətən Müharibəsində əldə olunan döyüş təcrübəsindən yararlanan xüsusi təyinatlı bölmələr mövqeləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin ehtiyatlarına pusqular quraraq məhv edib və onların yaxınlaşmasının qarşısı alınıb.
Döyüşün uğurlu dinamikasından faydalanan tank və mexanikləşdirilmiş bölmələr hücumu dərinliyə doğru inkişaf etdirərək şərti düşmənin canlı qüvvəsini və döyüş texnikalarını məhv ediblər.
Təlimdə döyüş tapşırıqlarının daha operativ və dəqiq yerinə yetirilməsinə, qərargahlar tərəfindən əməliyyat planlarının təfərrüatlı hazırlanmasına, mürəkkəb əməliyyat şəraitində qoşunların döyüş fəaliyyətlərinin düzgün idarə edilməsinə, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkilinə xüsusi diqqət yetirilib.
Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na əsasən keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi