
Elxan Şahinoğlu: Vaşinqton Brüsselin səhvini təkrarlayır
08:53 18.07.2024
Aktual
551
Ermənistanla hərbi təlimlər ABŞ-Azərbaycan münasibətlərinə qara kölgə salır
“ABŞ Azərbaycanla Ermənistan arasında həm moderatorluq etmək istəyir, həm də Ermənistan ordusunu gücləndirməyə çalışır”
Ermənistan-ABŞ birgə hərbi təlim keçirir. İyulun 15-də start verilən “Eagle Partner 2024” adlanan təlimlər Ermənistanda keçirilir.
Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Qanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir. Guya ki, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.
Ekspertlər isə hesab edir ki, “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri Vaşinqtonun regionda uzunmüddətli sülh çağırışlarına uyğun gəlmir.
ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, bölgədə uzunmüddətli sabitliyin əldə edilməsi haqda bəyanatları əməli fəaliyyətlə ziddiyyət təşkil edir. Qeyd edək ki, ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilib, bu isə artıq ikincidir. Şübhəsiz ki, məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Təlim ABŞ-nin Rusiya və İrana Ermənistandan əzələ nümayişi, barmaq silkələməsi kimi də qiymətləndirilir.
Politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında deyib ki, Vaşinqton Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlıdır və bu istiqamətdə fəallığını artırıb:
“Bu baxımdan ABŞ-nin Ermənistanla birgə həyata keçirdiyi hərbi təlimlər haqlı sual doğurur. Sözsüz ki, Vaşinqtonun Ermənistanla yaxınlaşmasının və bu ölkə ilə birgə hərbi təlimlər keçirməsinin məqsədi İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Vaşinqton çalışır ki, Nikol Paşinyan hökuməti qısa müddət ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin. Paşinyan buna hazırdır, ancaq bunun qarşılığında Ağ Evdən təhlükəsizlik təminatı almaq istəyir. Vaşinqton Ermənistana bu təminatı verə bilmir”.

Lakin politoloq hesab edir ki, ABŞ Ermənistanla birgə təlimlər keçirəndə anlamalı idi ki, bu, Azərbaycanda haqlı narazılıq doğuracaq:
“Çünki Ermənistan hələ Azərbaycanla sülh sazişi imzalamayıb və bu durumda müharibə ehtimalı ortadan qalxmayıb. Belə çıxır ki, ABŞ-nin hədəfi Rusiya olsa da, Ermənistan ordusuna təlimlər keçməklə qonşu ölkəni Azərbaycana qarşı gücləndirir. Vaşinqton nəzərə almalıdır ki, bu, Azərbaycan–ABŞ münasibətlərinə mənfi təsir edəcək. Məhz bu cür siyasətə görə rəsmı Bakı Brüsselin sülh moderatorluğundan imtina etdi. Aİ də bir ara İrəvanla Bakı arasında fəal moderator idi. Fəqət, elə ki, danışıqlar masasında Fransa prezidenti oturmağa çalışdı, proses pozuldu və Bakı haqlı olaraq Brüssel formatından müvəqqəti olaraq imtina etdi. İndi eyni səhvi Vaşinqton edir. ABŞ Azərbaycanla Ermənistan arasında həm moderatorluq etmək istəyir, həm də Ermənistan ordusunu gücləndirməyə çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi