Epidemiyaya çevrilən rasizm: Yekaterinburqdaki vəhşilik kimlərinsə sərhədləri keçdiyini göstərir

"Ukrayna bataqlığında çabalayan, dünyanın yarısından çoxu ilə düşmən olan, saysız-hesabsız sanksiyalarla üz-üzə qalan Rusiya durumdan çıxış yolu tapmaq əvəzinə özünü daha dərin quyuya batırır".
Bu barədə "Sherg.az"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. 
Siyasi şərhçi bildirib ki, imperalist və işğalçı təfəkkürün müasir dünyada heç cür keçməyəcəyini anlamaq istəməyən Rusiya qisasını qonşu dövlətlərdən almaqla özünün natamamlıq kompleksini kompensasiya etmək istəyir: 
"Dəli Pyotrun zamanından bu yana dəfələrlə rus vəhşiliyinə məruz qalan Azərbaycan yenə də Kremlin hədəfindədir. AZAL-a məxsus təyyarənin Qroznı üzərində vurulmasına görə, Rusiya tərəfinin hələ də üzr istəməməsinin gərginliyi bitməmiş Rusiyada azərbaycanlılara qarşı güc strukturlarının cinayət tərkibli hərəkətləri kimlərinsə artıq sərhədləri keçdiyini göstərir. Baş verən hadisələr bir daha təsdiqləyir ki, Rusiya şovinizm siyasətindən əl çəkmir və belə sənədləri imzalamaqla beynəlxaıq aləmdə özünü demokratik ölkə kimi göstərməyə, həmçinin beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə, bu xalqa, dinc əhaliyə qarşı törətdiyi vəhşilik, qəddarlıq, dağıntı və günahsız insanların kütləvi qətliamı şovinizm siyasətinin növbəti mərhələsi idi. Daha bir qəddarlığı, vəhşiliyi Yekatrinburqda azərbaycanlılara qarşı törədərək bu yolda bir daha bu ölkədə hüququn və qanunun aliliyinin olmaması və digər xalqlara kin və nifrətin daha yüksək təzahürü kimi özünü göstərdi". 
S.Əsədliyə görə, bu siyasət tezliklə Rusiyanı parçalayacaq ki, bu da ilk növbədə rus xalqının özünə böyük təhlükədir: 
"Rasizm başqa xalqlara qarşı diskriminasiyanı, istismarı rəva bilir. Məşhur publisist və jurnalist Nevrozov yazır ki, patriotizm, şovinizm və imperializm rus xalqı üçün hər şeyi əvəz edən alkoqol kimidir. Bu ideologiya Kremlin səyləri ilə artıq zəhərləyici, yoluxucu mahiyyət alıb, epidemiyaya çevrilib. Bu epidemiya elə rus cəmiyyətini məhv edəcək. Necə ki, "qəhvəyi vəba" Almaniyaya və dünyaya faciələr yaşatdı, indi rasizm bu yolu tutub. Buna ilk növbədə rus xalqı etiraz etməlidir. Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olunmasına, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir".