Ermənistan 5 maddədən ibarət təklifə cavab verməsə hərb taktikası işə düşəcək
Yusif Nəzərli
21:40 14.03.2022
Aktual
626
Bakı İrəvana sonuncu xəbərdarlığını çatdırıb
“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində gərginlik davam etməkdədir”. Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, bu fikri söyləmək üçün Azərbaycan Müdafiə Nazirliyinin martın 12-də verdiyi açıqlamaya diqqət etmək kifayətdir: “Ancaq bir gün öncə, martın 11-də diplomatik cəbhədə səslənən bəyanatlara qısa nəzər yetirsək, bunların hərb meydanındakı proseslərlə uzlaşdığını göstərən cizgiləri görə bilərik.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana 5 maddədən ibarət təklif paketi göndərdiyini açıqlayıb. Azərbaycanın yenidən hərbi əməliyyatları gündəmə daşıması fonunda Bakının İrəvana yolladığı şərtlər sonuncu xəbərdarlıq məzmunu daşıyır. Bu xəbərdarlığın motivlərini Azərbaycanın baş diplomatı Ceyhun Bayramovun işlətdiyi ifadədə tapa bilərik: “Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq”.
Digər bir bəyanat isə xarici işlər nazirinin müavini Xələf Xələfovdan gəldi. Cənab Xələfov Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yaşayan mülki ermənilərin Azərbaycan vətəndaşı olduqlarını xatırlatdı. Bunun ardınca isə hərbi-diplomatik yüklü bir mesaj ünvanladı və qanunsuz erməni hərbi birləşmələrinin həmin ərazilərdən çıxarılmasının vacibliyini dilə gətirdi və bu istiqamətdə prosesin gedəcəyini bildirdi”.
A.Kərimov qeyd edib ki, diplomatik-siyasi mesajların suyu çəkilməmiş Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatlarına dair daha bir məlumat yaydı.
Məlumatda iki əsas məqam var: “Azərbaycan Ordusu erməni təxribatlarına (Ağdam, Xocavənd və Xocalı rayonları istiqaməti) cavab olaraq qanunsuz dəstə üzvlərinin döyüş mövqelərinə zərbələr endirib. Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır. Birinci bənd onu göstərir ki, artıq təxribat törədən hər hansı erməni yox, onun girib gizləndiyi mövqe də atəşə tutulur. Bu, MN-in son günlərdəki açıqlamasındakı ikinci belə haldır. Bundan əvvəl də Azərbaycanın Müdafiə Nazirliyi erməni separatçıların mövqelərinə dəqiq zərbələr endirildiyini bəyan etmişdi. Bəs separatçıların neçə mövqeyi darmadağın edilib? Bunu zamanla yəqin ki, rəsmi qurumlar açıqlayacaqlar. Əməliyyat şəraitinin Azərbaycan Ordusunun nəzarətində olması isə o deməkdir ki, ordumuz nəyə lazımdır nail olur və vəziyyətə nəzarəti gücləndirir. Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki hazırkı mənzərə Azərbaycanın psixoloji təzyiq ilə hərbi-taktiki gedişlərin vəhdətidir. Artıq həmin zonalardakı mülki ermənilər də separatçıların onlara gətirdiyi bəlalardan təngə gəliblər, mümkündür ki, onlar separatçılara rəhbərlik edənlərə etiraz aksiyası təşkil etsinlər və cana yığıldıqlarını desinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya