
Ermənistan bütün mina xəritələrini Azərbaycana verib? – AÇIQLAMA
Yusif Nəzərli
12:35 01.04.2022
Aktual
730
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı edib. O,qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biridir : “Ermənənilər ərazilərimizdə ağac yerinə minalar basdırıblar.Həmin Minaların partlaması nəticəsində həm hərbçilər, həm mülki insanlar həlak olub, yaralanıb.Təəssüflər olsun ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25 faizi faydalı olub”,

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı “Sherg.az” danışarkən bildirib ki, belə qeyri-dəqiq xəritələrin Azərbaycana verilməsi artıq heç nəyi dəyişmir:
“Çünki biz qeyri-dəqiq xəritələrə istinad edə bilməyəcəyiksə, o xəritələrə görə fəaliyyətimizi optimallaşdıra bilməyəcəyiksə onların verilməsinin bir mənası da qalmır. Hazırda Ermənistan tərəfi əlində olan bütün mina xəritələrini Azərbaycana verdiyini iddia edir. Onların yaralılıq səviyyəsi bizdə ciddi təəssüf doğurur”.
Ə.Verdiyevin fikrincə, rəsmi İrəvan iki məqsədlə bu cür saxta mina xəritələrini Azərbaycan tərəfinə verə bilər:
“Əvvəla Ermənistan belə xəritələrlə Azərbaycan tərəfini yanlış istiqamətə yönəldərək daha çox itkilər verməsini istəyir. Digər tərəfdən isə Ermənistanın əlində olan xəritələrin müasir vasitələrlə, o cümlədən, GPS- lərlə dəqiqləşdirilməsi aparılmadığı üçün onların düzgünlük dərəcəsi çox aşağıdır. İstənilən halda birinci variantın doğruluq payı daha yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya