“Ermənistanın Avropa ilə münasibətləri pozula bilər”
Yusif Nəzərli
13:07 09.05.2023
Aktual
414
Azərbaycanı Türkiyə və İsrail dəstəklədiyi halda, Ermənistan İran və Rusiyanın tərəfini seçib ki, bu da onların beynəlxalq arenadakı hazırkı rolu nəzərə alınmaqla Ermənistanın Avropa ilə münasibətlərini ciddi şəkildə poza bilər.
“Report” xəbər verir ki, bu barədə “Euroactiv” portalındakı məqalədə deyilir.
Məqalədə Ermənistanın bu təsirdən uzaqlaşa bilib-bilməyəcəyinə dair ritorik sual verilir:
“İsrailin qatı düşməni olan, uzun illərdir Cənubi Qafqazda öz qaydalarını diktə etməyə çalışan İran Rusiya ilə strateji və enerji müqaviləsi olan Ermənistana dəstəyi artırıb. Öz növbəsində, Rusiyanın Ermənistan üzərində uzunmüddətli təsir tarixçəsi var”.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovdan sitat gətirilir:
“Rusiyanın Ermənistanda bazaları var. Ermənistanın sərhədlərinin böyük hissəsi Rusiya FTX tərəfindən qorunur, Ermənistan iqtisadiyyatının 75 faizi isə Rusiya şirkətlərinə məxsusdur. Moskvadan uzaqlaşmaq çətin olacaq”.
Ermənistan BMT-də həmişə, o cümlədən 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyaya dəstək verdiyi halda, Azərbaycan hər zaman öz azadlığını qoruyub saxlamağa çalışıb. Azərbaycan 2022-ci ildə müharibə başlayandan sonra Ukraynaya yardım edən ilk Qafqaz ölkəsi oldu. Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 26-da SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin etmək göstərişi verildiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. Həmçinin Azərbaycan Ukraynaya tibbi ləvazimatlar da tədarük edib.
“Beləliklə, İran və Ermənistan, eləcə də Rusiya arasında sıx münasibətlər İrəvanın Avropaya sədaqətində ciddi problem yaradır. Ancaq hətta bu cür məqamda belə Fransa Prezidenti Emmanuel Makron İrəvanı Tehran və Moskva ilə əlaqələrinə görə heç vaxt pisləmir, əksinə, Ermənistanı fəal şəkildə dəstəkləyir”, - materialda qeyd olunub
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm