
Ermənistanın dirçəlməsi üçün ən azı 30 il lazımdır
Yusif Nəzərli
09:26 15.03.2022
Aktual
801
Ölkənin Hindistan və İordaniyadan aldığı texnika silah arsenalının yalnız 10 faizini təşkil edə bilər
Ermənistan Hindistan və İordaniyadan ən fəal silah idxalçılarından birinə çevrilib.
Bu barədə Stokholm Sülh Problemləri Araşdırmaları İnstitutu tərəfindən hazırlanmış "Beynəlxalq silah ticarətində tendensiyalar" hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib.
Eyni zamanda, Ermənistanın İordaniyanın silah ixracatında payı 10 faiz təşkil edib.
Beləliklə də, İrəvan Hindistan və İordaniyadan silah idxalı həcminə görə hər iki ölkə üzrə üçüncü olub.
Bütün bunlar Qarabağda aldığı məğlubiyyyətdən sonra özünü və ordusunu toparlamağa çalışan Ermənistanın əvvəlki halına qayıtmaq cəhdləridir.

Mövzunu “Şərq”ə dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistanın ordusunu təşkilatlandırmağa və yeni silahlarla təchiz etməyə çalışmağı təbiidir:
"Ancaq bunu yalnız əllərində olan baza ilə edə bilərlər. Çünki erməni ordusunun heyəti rus texnikalarına öyrəşib. Təkcə atıcı silahlar, tank əleyhinə raket və hava hücumundan müdafiə sistemlərində yenilik tətbiq edə bilərlər. O da ümumi silah arsenalının çox az qismini əhatə edir. Ona görə də Ermənistanın 44 günlük müharibədən sonra düşdüyü vəziyyətdən əvvəlki halına qayıtması çox çətin olacaq”.
Ekspert həmçinin qeyd edib ki, mövcud silah arsenalında olan silahları qısa müddətdə başqa ölkənin silahları ilə dəyişdirmək mümkün olmur:
“Bunun üçün 20-30 il müddətində keçid dönəmi lazımdır. Eyni zamanda keçmiş SSRİ dövründə və sonrakı dönəmdə Moskvadan silahlanmış Ermənistan Rusiyadan silah idxalını davam etdirməlidir. Çünki böyük çaplı və beşinci nəsil silahların idxalı üçün heyətlər yetişdirmək vacibdir. Bunu qısa dönəmdə edə bilməyəcəyi üçün Ermənistan asanlıqla Rusiyadan qopub başqa ölkələrə üz tuta bilməz. Buna görə də onun Hindistan və İordaniyadan aldığı texnika silah arsenalının 10 faizini təşkil edə bilər. Nəticədə yeni silahlar almaq onların döyüş hazırlığını yüksək səviyyəyə çatdırmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya