
Ermənistanın qarayaxma kampaniyası: İrəvan Bakını təxribata çəkərək... -RƏY
11:13 25.07.2024
Aktual
637
Ermənistanın “Hraparak” qəzeti Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insidentin yaşandığı barədə məlumat yayıb.
Axar.az-ın əldə etdiyi məlumata görə, yayılan xəbər həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır.
Qeyd edək ki, məlumatda delimitasiya və demarkasiyadan sonra Gürcüstana gedən yolun bir hissəsi olan Kirants körpüsünün Azərbaycan tərəfinə təhvil verildiyi və yeni, alternativ yolun tikintisinə başlanıldığı bildirilib. Lakin Ermənistanın çəkdiyi yeni yolunda sərhədi pozması səbəbindən sərhədçilərimiz erməni sərhədçiləri ilə mübahisə ediblər.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Sultan Zahidov söyləyib ki, aprel ayında iki ölkənin delimitasiya və demarkasiya Dövlət Komissiyaları arasında bölgənin delimitasiya, demarkasiyası məsələsi ilə bağlı razılıq imzalanıb:

“Həmin razılığa görə isə Qazaxın eksklav olmayan kəndləri Azərbaycana qaytarıldı. Eyni zamanda sözügedən razılaşmaya görə Kirantsa gedən körpü də Azərbaycana təhvil verilməli və Ermənistan alternativ yol çəkməli idi. Hazırda ermənilər həmin ərazidə alternativ yol çəkirlər. Ermənistan tərəfinin bilərəkdən həmin yolun müəyyən hissəsini Azərbaycan sərhəddini pozaraq həyata keçirmək ehtimalı var. Amma istənilən halda bu kimi bəyanatlar göstərir ki, Ermənistan sülh prosesini yubatmaqda maraqlıdır. Digər tərəfdən Nikol Paşinyanın Avropa Siyasi Birliyinin sammitində Azərbaycan tərəfi ilə görüşdən imtina etməsi sülh prosesinin yubadılmasının Ermənistanın istəyi olduğunu göstərir. Ermənistan çalışır ki, beynəlxalq ictimaiyyətə Azərbaycanla bağlı qarayaxma kompaniyası yaysın. Hətta Azərbaycanı təxribatlara çəksin. Ermənistan tərəfinin əsas niyyəti Azərbaycan tərəfindən cavabın verilməsi və daha sonra rəsmi Bakı razılıqları pozur şəklində açıqlamalar verməkdir. Azərbaycan isə Ermənistanın tələsinə heç zaman düşməyib. Əksinə olaraq Azərbaycan ordusu səbr və təmkinlə bütün prosesləri izləyir, lazım olduğunda öz torpaqlarını qoruyacaq. Ermənistanı belə açıqlamaları regionda sülh və sabitliyə xidmət etmir. Ermənistan tərəfi anlamalıdır ki, əvvəl-axır Azərbaycanla qonşuluq münasibətləri qurulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə