
Ermənistanın revanş gözləntisi: AB-nin "mülki" missiyanın fəalliyyəti hərbi mərhələyə keçə bilər
11:16 09.10.2024
Aktual
547
Şərti sərhədin Ermənistan ərazisində AB missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur.
Bunu Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə deyib.
Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa Birliyinin müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
Məsələni dəyərləndiorən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, Ermənistan tərəfinin Aİ missiyası ilə əlaqələri həcm və mahiyyət olaraq genişlənməkdə davam edir:

''Təbii ki, bu nüans Azərbaycanın haqlı narazılığına səbəb olmalı idi. Çünki sözügedən missiya Azərbaycan torpaqları işğal edilən zaman özünü göstərmirdi. Ancaq indiki Azərbaycan öz torpaqlarını azad etdikdən sonra üzə çıxmağa başlayır. Ona görə də deyə bilərik ki, onlar qərəzli missiya formasında fəaliyyət göstərirlər. Həmçinin bütün yanaşmalar onu göstərir ki, Avropa missiyası anti-Azərbaycan maraqlarından çıxış edir və bu səbəbdən bölgəyə göndərilib. Azərbaycanın sözügedən məsələ ilə əlaqədar NATO ilə məsləhətləşməsini isə missiyanın gələcəkdə sivil adından çıxıb hərbi məqsədlərə çevrilməsinin qarşısı almaq üçün atılan addım kimi dəyərləndirmək olar. Çünki Avropanın bölgədəki missiyası bu gün mahiyyət etibarı ilə sivil adlandırıla bilər. Ancaq onların verdiyi bəyənatlardan görürük ki, bu tamamən anti-Azərbaycan yanaşma ortaya qoymaq üçün məqsədli şəkildə yaradılıb. Həmin missiyanın fəalliyyəti bir yerdən sonra hərbi mərhələyə keçid verə bilər. Bu isə Azərbaycan üçün xeyirli olmayacaq. Avropa dövlətlərinin böyük əksəriyyəti NATO blokunda toplandığına görə, hərbi missiya həmin səviyyədə keçiriləcəyi güman edilir. Ona görə də Azərbaycan bu kimi nüansları NATO ilə məsləhətləşərək iradını bildirir. Doğrudur, NATO-nun belə bir planının olduğunu və yaxud Azərbaycan-Ermənistan arasında seçim edərək balansı pozacağını iddia etmək düzgün deyil. Ən azından NATO-nun üzvü olan Türkiyə, Macarıstan kimi tərafdaşlarımız bu addımları əngəlləyəcək. Ancaq Azərbaycan ehtiyyatını əldən vermir. Problemi əvvəldən nəzarətdə saxlayır''.
Ekspert əlavə edib ki, NATO-nun hüquqi baxımdan Avropa İttifaqının missiyasına qarışmaq öhdəliyi yoxdur:
''NATO tərəfi həm Azərbaycan, həm də Ermənistanla dövlət səviyyəsində "Şərq tərəfdaşlığı"-da birləşir. Fikrimcə, NATO heç bir addım atmayacaq. Çünki NATO hazırda daha qlobal problemlərlə üz-üzə qalıb. Onun Rusiya, Çin kimi təhdidlərlə qarşı-qarşıya gəlməsi hətta, münaqişə müstəvisinə keçməsi müzakirə edilir. Ona görə də NATO heç bir tərəflə münasibətlərini korlamayacaq və tərəfsiz qalacaq. Heç kəsə sirr deyil ki, Ermənistan revanş alacağı günü gözləyirlər. Yəni ermənilər indi uyğun vəziyyətin yetişəcəyi zamanı iplə çəkirlər. Məhz, sülh müqaviləsini imzalanmağı gecikdirmələri də bundan qaynaqlanır. Həmçinin onlar yenidən daha güclü hərbi-sənaye qurmaq, tərəfdaşlar tapmaq istəyirlər. Bütün bunlar revanşist məqsədlərə yönələn addımlardır. Azərbaycan isə bu təhlükələrə qarşı hərbi imkanlarını genişləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region