
Fazil Mustafa: Zəngəzur dəhlizinin açılması İranın qarışacağı məsələ deyil
10:05 31.07.2024
Aktual
617
İranın Ali rəhbəri Ayətullah Xameneyi Zəngəzur marşrutunun əleyhinə olduqlarını bildirib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
"İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır", - Paşinyanla görüşən İranin ali dini lideri Ayətullah Xameneyi deyib.
O, Ermənistanla əməkdaşlığın daha sıx və öz qüvvəsi ilə davam edəcəyini deyib.
Paşinyan bildirib ki, Ermənistan dəfələrlə öz ərazisində heç bir ekstraterritorial dəhlizi qəbul etmədiyini bəyan edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Fazil Mustafa bildirib ki, “Xameneinin bu açıqlaması Azərbaycanın maraqlarına uyğundur”:

“Çünki biz dəfələrlə İranın Ermənistana öz müstəmləkəsi kimi baxdığını bildirirdik. Ermənistanda isə bunu ciddiyə almırdılar. Amma Ermənistanın milli maraqlarının nədən ibarət olduğunu İranın müəyyən etməsi bizim dediklərimizi sübuta yetirdi. Ona görə də burada heç bir narahatedici məqam yoxdur. Bəlkə də Tehran bunu Azərbaycana eyham formasında çatdırdıqlarını düşünür. Azərbaycan kifayət qədər güclü ölkədir və öz iradəsinə uyğun məsələləri həll etmək iqtidarındadır. Zəngəzur dəhlizinin açılması İranın qarışacağı məsələ deyil. İran qonşu dövlət kimi sərhəddin o tayından istədiyi qədər durbinlə baxa bilər. Amma bu tərəfdə sözügedən məsələ Azərbaycan və Ermənistanın razılığından asılıdır. Ona görə də həmin mövzuya heç kim maneə ola bilməz. Ermənistan da əvvəl-axır Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşacaq. Çünki Ermənistanın çıxış yolu yoxdur”.
Parlamentari vurğulayıb ki, İranın sözügedən çıxışı Azərbaycandan daha çox Ermənistanı düşündürməlidir:
“Müstəqil dövlətin adından kimsə belə açıqlama verməməlidir. Məsələn, hansısa dövlət müəyyən məsələnin Azərbaycanın maraqlarına zidd olduğunu bildirsə idi, sərt reaksiya ilə üzləşərdi. Nikol Paşinyanın İrana cavab verməməsi göstərir ki, Ermənistanda bəziləri özlərini Rusiyanın, digərləri isə İranın müstəmləkəsi kimi hesab edirlər. Eyni zamanda İranın belə açıqlama verməsi Zəngəzur dəhlizinin Qərb ölkələrinə nə qədər cazibədar görünməsini ortaya qoyur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
01:24 21.09.2026
Gündəm
Merz XDS sədri və kansler kimi fəaliyyətini davam etdirəcək
01:01 21.09.2026
Dünya
Arakçı ABŞ-dan öncə Qətərə səfər etdi
00:40 21.09.2026
Gündəm
Tələbələri təhdid edən şəxs universitetə bərpa olunacaq
00:18 21.09.2026
Cəmiyyət
Zelenski Tramp ilə Nyu-Yorkda görüşəcəyini açıqlayıb
23:35 20.09.2026
Aktual
Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"
22:51 20.09.2026
Aktual
İmran Xanın bacısı saxlanıldı
22:24 20.09.2026
Dünya
Göygöldə ər arvadını qətlə yetirib
22:06 20.09.2026
Hadisə
Zaur Kamalın vəziyyəti pisləşdi
21:45 20.09.2026
Şou
Madrid derbisinin qalibi müəyyənləşib
21:11 20.09.2026
Futbol
Tramp BMT-nin baş qərargahının Nyu-Yorkda qalmasını istəyir
20:50 20.09.2026
Aktual
Xudutəpədə gildən hazırlanmış ocaq qurğuları tapıldı
20:28 20.09.2026
Tarix
"Fənərbaxça" "Eyüpspor"u 8:0 məğlub edib
20:10 20.09.2026
Futbol
Xocavənd Şəhəri Günü qeyd olunub
18:45 20.09.2026
Sosial
Husilər yenə Səudiyyənin paytaxtına zərbə endirdi
18:37 20.09.2026
Gündəm
Tramp Pezeşkianla görüş ehtimalını istisna etmədi
18:33 20.09.2026
Gündəm
Azərbaycan Pakistana başsağlığı verdi
17:58 20.09.2026
Siyasət