Fazil Mustafa:“ABŞ Azərbaycanın həyata keçirdiyi siyasətə dəstək verir”
Yusif Nəzərli
09:32 21.03.2022
Aktual
468
“ABŞ-ın Azərbaycana böyük dəyər verməsi və Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləməsi əbəs yerə deyil. Təkcə ABŞ-la deyil, Azərbaycanın bütün dövlətlərlə münasibətləri yüksək səviyyədədir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Fazil Mustafa Azərbaycanın həyata keçirdiyi siyasətin ABŞ tərəfindən dəstəklənməsi və təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ həm də Qarabağdakı erməni terrorçularına dəstək verir:
“Bütün bunlara rəğmən Azərbaycanın ABŞ-la normal münasibətlərə üstünlük verməsi, həm də ölkəmizin gələcəyə yönəlik ağıllı siyasət yeritdiyini göstərir. Ona görə də birmənalı olaraq terrora qarşı mübarizdə ABŞ ilə bir yerdəyik. Amma hər hansı bir şəkildə separatçıların dəstəklənməsinə qarşıyıq. Son dövrdə Rusiya-Ukrayna münasibətləri üzərində Azərbaycanın tutduğu mövqe digər ölkələr tərəfindən təqdir olunur. Çünki belə bir mövqe dünyada barışa, sülhə xidmət edir.
Amma Azərbaycanın incidildiyinin də şahidi oluruq. Çünki Qarabağdakı terrorçulara ABŞ tərəfindən dəstək verilib, yardım ayrılırsa, bu o deməkdir ki, yanlış siyasət hələ də davam etdirilir. Biz çalışırıq ki, ABŞ-ı doğru siyasət zəmininə gətirə bilək. Çalışırıq onlar anlasın ki, bu cür mövqe Azərbaycanla dost münasibətlərinə xələl gətirə bilər”.
F.Mustafa onu da əlavə edib ki, regional barışıq da ABŞ-dan asılıdır:
“ABŞ terrorçunu dəstəkləməsin və regionda sülh olsun. Sülh olarsa, hər cür əməkdaşlıq mümkündür. Amma terrorçuluq stimullaşdırılarsa, onu aradan qaldırmaq olmur. Ona görə də bu məsələdə ABŞ-ın siyasətində dəyişikliyə ehtiyac olduğunu düşünürəm. Sevindirici haldır ki, onlar bu məsələdə bizim səmimiyyətimizi görürlər.
Onlar görür ki, Azərbaycan heç nəyə baxmadan, mövqeyini davam etdirir. Düşünürəm ki, gələcəkdə onlar daha çox Azərbaycanın milli maraqlarını gözləməlidirlər. Bölgədə güclü Azərbaycan, həm də ABŞ-ın güclü müttəfiqi olmaq deməkdir. Onlar işğalçını stimullaşdırmaqdansa, separatçılığa dəstək verməkdənsə, bu məqama üstünlük verməlidirlər. Çünki bölgədə sabitlik olarsa, qazanan bütün dünya olacaq. Sabitlik olan yerdə isə iqtisadiyyatın inkişafından söhbət etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual