Fazil Mustafadan təkilf: "Qarabağda araşdırmalara təqaüd ayırsaq yaxşı olmazmı?"
Məlahət Rzayeva
13:11 20.06.2021
Aktual
1249
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ermənilərin “Dağlıq Qarabağda araşdırma aparmaq” üçün xüsusi təqaüd təsis etdiyindən xəbər verir. Millət vəkili hesab edir ki, işğaldan azad olunmuş ərazilərimizdə hazırda bizim bir çox sahələr üzrə tədqiqatlar aparmağa daha çox ehtiyacımız var, lakin, nədənsə bu heç kimin yadına düşmür. Feysbuk səhifəsində Fazil Mustafa bunları qeyd edib:
“Caloust Gulbenkian Vəqfi Erməni Camaatları Dairesi, Yanvar 2021-ci ildə yeni bir təqaüd kategoriyasına start verib: “Dağlıq Qarabağ Araşdırmaları üçün Qısa Dövr üçün Araşdırma Təqaüdləri” ….Daha geniş olan Erməni Araşdırmaları için Qısa Müddətli təqaüdlərin bir parçası olan bu yeni kategoriyanın məqsədi, araşdırmaçıları xüsusilə 1994-cü il sonrası dövr və mövcud böhran üzərində duraraq çağdaş Qarabağ ilə bağlı mövzuları incələməyə təşviq etməkdir. 1 Mart – 20 Aprel tarixləri arasındakı ilk müraciət dövründə dörd ölkədən (Ermənistan, Fransa, Livan ve ABŞ) 18 müraciət daxil oldu. Təkliflərin çox yüksək keyfiyyəti və araşdırma mövzularının uyğunluğuna görə, bu mərhələdə təqaüd alma haqqı qazanan səkkiz namizəd seçildi. Fərqli araşdırma mövzuları bunları əhatə edir: xarici siyasət və təhlükəsizlik, beynəlxalq hüquq, mədəni kimlik, cinsiyyət problemləri, sülhün inşası, qida güvənliyi və iqlim güvənliyini ehtiva edən ekoloji məsələlər. Bu xəbərdə 30.000 € mükafat alanların adları da yer alır.
Bu təşəbbüsün və tədqiqatarın nəticələrini bir tərəfə buraxıram. Düşündürən odur ki, bizdə belə bir tədqiqatların aparılmasını niyə stimullaşdırmırıq? Bu sahədə deputat həmkarım hörmətli Zahid Orucun rəhbərlik etdiyi Sosial Araşdırmalar Mərkəzinin çox faydalı tədqiqatları olduğu barədə məlumatlım var. Ancaq Qarabağın gələcəyi ilə bağlı, oradakı ermənilərlə münasibətlərin qurulması, bölgədə məcburi köçkünlərin məskunlaşması, infrastrukturun qurulması, bölgə dövlətləri ilə münasibətlərin hamısı ayrıca tədqiqat mövzularıdır. Bu mövzularda araşdırmalara təqaüd ayırsaq yaxşı olmazmı? Erməni fondlarının bu istiqamətdə çalışmalarına sadəcə diqqət yetirmirəm, həm də bizlərin də düşmənin gördüyü işlərlərə qarşılıq verməmizin vacibliyini xatırladıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol