Fransa Ermənistanı silah tədarükü: "Sezar"ların Azərbaycana qarşı olduğu bəllidir -RƏY
Yusif Sultanoğlu
13:59 19.06.2024
Aktual
927
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb və danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.
Həmin razılaşmaya əsasən Fransa Ermənistana "Caesar" haubitsaları (özüyeriyən artilleriya qurğuları) göndərəcək. Dəqiqədə təxminən 6 mərmi atan bu ölüm saçan "Sezar"lar (Caesar)42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir.
Rahat yolda 80 km/saat, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilən "Sezar"lar real hücum silahlarıdır.
Bəs, Fransanın bu artilleriya qurğularını Ermənistana verməkdə məqsədi nədir?
Siyasi şərhçi Asif Nərimanlının "Sherg.az" a açıqlamasına görə, Fransanın Ermənistana “Sezar” (CAESAR) artilleriya sistemlərini verməsi ilə bağlı ikitərəfli müqavilə ilə rəsmi Paris iki faktı təsdiq edir. Müdafiə xarakterli silahlar”dan rəsmi şəkildə imtina olunur, həm də Ermənistanı Azərbaycana qarşı silahlandırır:
"2023-cü ilin oktyabrından sonra Fransa Ermənistanı silahlandırmasını “heç bir ölkəyə qarşı” olmadığını deyir, bunu silahların əsasən “müdafiə xarakterli” olması ilə əsaslandırırdı. Hərçənd, bu müddətdə Fransa Ermənistanı Hindistan vasitəsilə hücum silahları ilə təmin edib. “Sezar”ların Ermənistana verilməsi məsələsini ötən ilin dekabrında Fransa Senatı gündəmə gətirmiş, bununla bağlı Makron Administrasiyasına müraciət etmişdi. “Sezar”ların Ermənistana verilməsi ilə bağlı müqavilənin indi imzalanması da təsadüfi deyil.
Birincisi, rəsmi İrəvan KTMT-dən çıxacağını ən yüksək səviyyədə elan etdi və bu, Ermənistanın təhlükəsizlik sferasında Rusiyanın iştirakını məhdudlaşdıran prosesin sürətlənməsi deməkdir. Fransa Ermənistanda Rusiyanın boşalan yerindən böyük pay almaq niyyətindədir. Bu baxımdan müqavilənin Fransa daxili siyasəti ilə də əlaqəsi istisna edilməməlidir. Avropa Parlamentinə seçkilərdə sağçılara məğlub olan Makron Milli Assambleyanı buraxdı, növbədənkənar seçkilərin I turu iyunun 30-da, II turu iyulun 7-də keçiriləcək və bu seçki yarışında ona Fransadakı erməni icmasının (yarım milyondan çox erməni seçici var) səsləri lazımdır.
Makronun Ermənistana hücum silahları verməsinin “müdafiə xarakteri” daşımadığı və Azərbaycana qarşı olduğu bəllidir, xüsusilə “Sezar” artilleriya sistemlərinin göstəriciləri və dünyanın ən yaxşı haubitsaları arasında ilk üçlükdə olması fonunda. Hərçənd, təcrübə bölgədə sülh gündəliyinə yarana biləcək risklərin Ermənistan üçün ağır nəticələrinin olduğunu təsdiq edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm