Generallar görüşdü:“Pakistanla Azərbaycanın planlı hərbi...”
Fidan Həmişəyeva
12:49 22.06.2021
Aktual
660
Dünən Azərbaycan müdafiə naziri Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etməsindən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ-təlim heyətinin hazırlanması, həmçinin birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.
İki ölkə arasındakı hərbi əməkdaşlıq barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov artıq 20 ildən çoxdur ki, Pakistanla əlaqələrimizin inkişaf etdiyini bildirib:
“Pakistan ilk islam ölkələrindəndir ki, ərazi bütövlüyümüzü dəstəkləyib və tanıyıb. Bu dövlət Tovuzda baş verən iyul hadisələri zamanı da Azərbaycanın yanında olduğunu bəyan edib.
Pakistanla bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız inkişaf etdirilir. Müharibə zamanı Türkiyə ilə birgə məhz Pakistan bayrağının da Azərbaycan bayrağının yanında dalğalandığını görürük. Bu, xalqımızın Pakistan dövlətinə olan minnətdarlıq hissidir”.
Ş.Ramaldanov vurğulayıb ki, müharibədən sonra da Pakistanla olan hərbi münasibətlərimiz sürətli şəkildə inkişaf edir:
“Azərbaycan, Pakistan və Türkiyə hərbi hava qüvvələrinin birgə təlimləri keçirildi. Növbəti zamanlarda quru qoşunların da təlimləri planlaşdırılır. Fikrimcə, Pakistanla Azərbaycanın hərbi münasibətləri planlı şəkildə aparılacaq.
Plan əsasında iki ölkənin hərbi iş birliyi öz inkişafına nail olacaq. Pakistan güclü bir dövlətdir və çox böyük silahlı qüvvələri, ordusu və təcrübəsi var.
Ölkəmiz də müharibədən çıxmış təcrübəli qüvvələrə malikdir.
Ona görə Pakistan üçün də Azərbaycan önəmlidir. Pakistanla əvvəllər də hərbi-texniki əməkdaşlıq edirdik. Azərbaycanın hərbi hava qüvvələrində olan təlim təyyarələrindən 9-u məhz Pakistanda istehsal olunub. İki ölkənin hərbi sənaye kompleksi arasında müəyyən sazişlər və birgə proyektlər var. Həmin proyektlər də həyata keçiriləcək.
Ölkələr arasında hərbi sahədə işbirliyi və digər münasibətlər daimi olacaq. Bu, iki dövlət üçün faydalıdır. Mütəmadi görüşlərin keçirilməsi onu göstərir ki, Azərbaycanla Pakistanın hərbi əlaqələri dinamik şəkildə inkişaf edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət