
Heppinin Bakı səfərindəki kritik məqam: Rusiya Azərbaycanın neft sənayesini vura bilərmi? – AKTUAL İZAH
Yusif Nəzərli
13:28 31.03.2022
Aktual
1509
Dünən Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi Azərbaycana səfərə gəlib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib. Bir günlük səfər çərçivəsində britaniyalı nazir Bakıda yüksək səviyyəli görüşlər keçirəcək. Britaniyalı nazirin Prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşlərdə Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu il dönümündə iki ölkə arasındakı müdafiə sahəsi ilə bağlı əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı hazırkı vəziyyət, Ermənistanla bağlı həll edilməyən məsələlər və sülh prosesinin gedişatı müzakirə olunub.
Nazir həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib.
Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Şəhidlər xiyabanını da ziyarət edib.
Qeyd edək ki, bəzi ekspertlər bu səfərin təsdaüf olmadığını vurğulayırlar. Bunu ötən günlərdə Rusiya Dövlət Dumasının deputatı Mixayıl Delyaginin “Azərbaycanın neft sənayesini bombalamaq lazımdır” hədəsi ilə əlaqələndirirlər.

Səfərin əhəmiyyəti “Sherg.az”a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov rəsmi Moskvanın heç bir halda Azərbaycanın enerji layihələrini vura bilməyəcəyini qeyd edib:
“Rusiya 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan zaman müəyyən təhdidlər edib, amma bacarmadı. Ondan sonrakı mərhələdə də artıq nəzarət enerji idxalcısı olaraq həm Böyük Britaniya və Avropa ölkələrinin, həm də Türkiyənin birbaşa nəzarətindədir. Bizi İkinci Qarabağ müharibəsi zamanı və ondan əvvəl də Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tblisi-Ərzurum qaz borusu ilə bağlı hədələyiblər.
Türkiyə bildirib ki, əgər belə bir hal baş verərsə, o zaman təminatçı ölkə olaraq məsələyə qarışacaqlar. Həmçinin İtaliya ilə sıx əməkdaşlıq və əlaqələrimiz var.
Düşünmürəm ki, Delyagin kimilər hansısa fikir səsləndirsin və bu, reallığa çevrilsin. Təbii ki, Kreml administrasiyasında bəzi dairələr var ki, onların əsas maraq dairəsinə bu cür şantajlar daxildir.
Siyasi şərhçi izah edib ki, C.Heppinin Azərbaycana gəlməsi təsadüf deyil:
“Bəzi nüanslar özünü büruzə verir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsinin kritik vaxtında bunun olmasında işarə var. Azərbaycanın enerji ixracına hansısa formada təsir edəcəyinə inam aşağıdır.
Rusiya istəsə də, bu sektorla bağlı təhlükə yarada bilməz. Başa düşür ki, tək bizə yox, digər ölkələrə qarşı addım atacaq.
TANAP və TAP layihəsi var. Digər dövlətlərlə qazın idxalı və ixracı həyata keçirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya