Heydər Əliyevin 100 illik yubileyində rəsmilər Fəxri xiyabanı ziyarət edirlər - YENİLƏNİR 


Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

09:06

Ulu öndər Heydər Əliyev anadan olmasının 100-cü ildönümündə hörmətlə anılır.

Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin rəsmiləri, müdafiə naziri Zakir Həsənov və nazirlik işçiləri, səhiyyə naziri Teymur Musayev Fəxri xiyabanı ziyarət edib, ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

Bu gün Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anadan olmasından 100 il keçir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub.