İşlər başlayıb, Zəngəzura yol çəkilir
07:18 07.08.2021
Aktual
467
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu iqtisadi və strateji baxımdan xüsusi mövqeyə malik olacaq
Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Bu avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sözügedən yolun uzunluğu 123, 8 kilometr olacaq. Həmçinin, yol 4-6 hərəkət zolağından ibarət olacaq.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə yeni yolun əhəmiyyətindən danışıb. O qeyd edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələr içərisində xüsusi paya malikdir:
"Nəzərə alsaq ki, bu yol Horadizlə Zəngilanı birləşdirəcək və Zəngəzur dəhlizinin bir elementi olacaq. Artıq işlər gedir və intensiv şəkildə biz yolun inşaatını müşahidə edirik. Bu yol praktik olaraq Cəbrayıldan keçməklə, işğaldan azad olunmuş ərazilərimizin infrastrukturuna da, xüsusən də nəqliyyat və logistik infrastrukturunun formalaşmasına xüsusi töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra şərq-qərb, eləcə də şimal-cənub nəqliyyat dəhlizinin elementi olacaq və həmin dəhlizlərə inteqrasiya olunacaq. O baxımdan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu iqtisadi və strateji baxımdan xüsusi mövqeyə malik olacaq. Bu, bir tərəfdən qeyri-neft sektorunda yükdaşımalara da xüsusi təkan verəcək".
V.Bayramov diqqətə çatdırıb ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu işğaldan azad olunmuş ərazilərimizdə istehsal edilən məhsulların daha geniş bazara çıxarılmasını da təmin edəcək:
"Bu yol həm də Azərbaycanın qərb hissəsinin Naxçıvan Muxtar Respublikasının quru nəqliyyat vasitəsinin birləşməsinə imkan verəcək. Ona görə də o, strateji əhəmiyyət daşıyır və Azərbaycan iqtisadiyyatına, xüsusən də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşmasına xüsusi töhfəsinin olacağı gözlənilir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastrukturlar, o cümlədən nəqliyyat və logistik layihələr Azərbaycan iqtisadiyyatında böyümə, artım tempini daha da gücləndirəcək. Bütövlükdə bu ərazilərimiz Azərbaycanda iqtisadiyyatın təxminən 10 faiz yaxın artımına imkan yaradacaq. Nəticə etibarı ilə biz işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələr istifadəyə verildikdən və iqtisadiyyat yenidən formalaşdıqdan sonra ölkə iqtisadiyyatında artım tempini görəcəyik. Hətta onun ikirəqəmli həddə qədər yüksələcəyini gözləyirik. Bu da təbii ki, iqtisadiyyatın inkişafı baxımından çox ciddi bir rəqəmdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm