Kərim Vəliyev rus generalla DANIŞDI! - Erməni terrorçular Azərbaycan torpaqlarından çıxarılır? - AKTUAL
Yusif Nəzərli
07:00 23.03.2022
Aktual
785
"Baş Qərargah rəisi Kərim Vəliyevin Rusiya Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimlə erməni qoşunların Azərbaycan torpaqlarından çıxarılması məsələsini müzakirə etməsi Qarabağda müəyyən proseslərin başladığını təsdiqləyir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, əsas diqqətçəkən məqam 10 noyabr razılaşmasının 4-cü bəndinin Qarabağdakı sülhməramlıların komandanı ilə yox, daha yüksək səviyyədə müzakirə edilməsidir:
"Bu məqam iki mümkün versiyanı gündəmə gətirib. Birincisi, Azərbaycan Rusiyaya sülhməramlıların icra etməli olduğu, amma etmədiyi 4-cü bəndin həyata keçirilməsi məqsədilə anti-terror əməliyyatına başlaya biləcəyini çatdırıb. Rusiya hərbi rəhbərliyi məsələnin masada həlli üçün Bakıya nümayəndə heyəti göndərib. İkincisi, Bakı və Moskva erməni qoşunların çıxarılması məsələsində indi həmfikirdir. Rusiya-Qərb qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda mövqelərini qorumaq üçün razılaşmların icrasını sürətləndirməsi gözləniləndir. Lakin Qarabağdakı erməni qoşunlar tabesizlik göstərir və Azərbaycanla Rusiya rəhbərliyi bu məsələdə atıla biləcək addımları müzakirə edirlər".
A.Nərimanlı vurğulayıb ki, dördüncü bəndin icra edilməməsi sərhəd və kommunikasiyanın açılması razılaşmalarının da önünün kəsir:
"Bu baxımdan, Moskvanın irəliləyişə nail olmaq istəyində olduğu istisna deyil. Hər iki halda erməni qoşunların çıxarılmasının müharibədən sonra ilk dəfə bu qədər aktuallaşdığı bəllidir. Rəsmi Bakı məsələnin praktiki mərhələyə keçməsində israrlıdır. Rusiya tərəfi erməni qoşunların çıxarılması ilə bağlı konkret qrafik təqdim etməlidir. 10 noyabr razılaşmasında 4-cü bəndin icrası sülhməramlıların bölgəyə yerləşməsinə paralel həyata keçirilməli idi. Lakin 1 ildən artıq vaxt keçməsinə rəğmən heç bir irəliləyiş olmayıb. İndi dəqiq tarix müəyyən edilməli və proses həyata keçirilməlidir. Mümkündür ki, rəsmi Bakının müzakirədə əsas tələbi də bununla bağlı olub. Əks təqdirdə, problemi Azərbaycan özü həll etməli olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət