
Kiprdə böyük Novruz bayramı qeyd ediləcək
Yusif Nəzərli
13:22 18.03.2022
Aktual
541
Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə böyük tədbir təşkil olunacaq.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası millət vəkillərinin fəxri qonağı olduğu Türk dünyasının ortaq dəyəri olan Novruz bayramı ilə bağlı Spektrium Beynəlxalq Konqres Mərkəzində keçiriləcək. Tədbir 21 mart 2022-ci il tarixində baş tutacaq.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə tədbirdə Türkiyə Böyük Millət Məclisindən Azərbaycan, Kıpr, Özbəkistan, Türkmənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Orhan Erdem, Osman Mesten, İbrahim Aydemir, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış iştirak edəcəklər. Eyni zamanda azərbaycanlı deputatlar Vüqar İskəndərov və Naqif Həmzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid Kazımov bayram tədbirinə qatılacaqlar.
Diaspor təşkilatının sədri Həsənoğlu həmçinin bildirib ki, rəsmi açılışa Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar başda olmaqla, bir sıra dövlət rəsmləri iştirak edəcəklər. Eyni zamanda türk xalqlarının Novruz adət-ənənələri sərgilənəcək.
Tədbirdə çıxışlardan sonra azərbaycanlı gənc müğənni Nigar Rəhimovanın ifaları ilə konsert proqramı baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya